Sən demə, ac qalmaq xərçəngin QARŞISINI ALIRMIŞ
Tarix: 29-06-2017 | Saat: 20:09
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Gün ərzində 14-16 saat ac qalmaq ilk növbədə xərçəng xəstəliyinə tutulma riskini azaldır. Ancaq aclığın faydasını görmək üçün qeyd edilən saatda yeməkdən uzaq durmaq mütləqdir.
Bu barədə Türkiyə mediasına Harvard Universiteti Tibb fakültəsinin müəllimi, “dünyanı dəyişdirəcək 37 alimdən biri” kimi tanınan həkim Ömər Yılmaz açıqlama verib.
O, heyvanlar, xüsusən də siçanlar üzərində aparılan araşdırma nəticəsində bu qənaətə gəldiklərini deyib: “Aparılan araşdırmalar aclıqla xərçəng arasında ciddi bir əlaqənin olduğunu sübut edir. Normal bir hüceyrənin xənçəngə çevrilməsini araşdırarkən burada qidanın da rolunun olduğunu müəyyən etdik. Düzdür, genetik faktorlar əsas səbəbdir. Həmçinin siqaret və köklük də siyahıda üst sıralardadır. 2020-ci ildə köklük nəzarət edə bilməyəcəyimiz xərçəng risk faktorları sırasında ən böyük səbəb olacaq. Dəqiq rəqəm deyə bilmirik, lakin hər 100 xəstədən 30-u köklük və qida, 20-i siqaret, 50-i isə genetik və bilinməyən səbəblərdən xərçəngə tutulacaq”.
Aclığın insan bədəninə müsbət təsirlərinin çox olduğunu deyən həkim 1900-cü illərdən bu istiqamətdə aparılan araşdırmalara toxunub: “Ac olanda qanda şəkərin miqdarı düşür. Bədəndəki yağ sərf edilir. Xəstə ac qalanda şəkərli diabetin yaranması dayanır, bağırsaqdakı kök hüceyrələr daha tez yenilənir. Lakin bu faydanı görmək üçün gün ərzində 14-16 saatı yemək yeməmək lazımdır. Köklük isə əksinə diabet, damar tıxanıqlılığı və xərçəngə yol açır. Son 30 ilin araşdırmaları bu qənaətə gəlməyimizə səbəb olub. Xüsusən, bağırsaq, süd vəzi və qaraciyər xərçənginin yaranmasında köklün başlıca faktorlardandır”.
(publika)
Xəbəri paylaş
8388 dəfə oxunub.
Digər xəbərlər

5-03-2021, 15:19
Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib
9-09-2021, 17:56
Peyvənd vurdurmayan müəllimlərə maaş veriləcək? - RƏSMİ
29-11-2020, 11:57
Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
23-06-2018, 14:21
Xırdalanda rəzalət: Şəhid məzarlığı dağıdıldı - Video
3-12-2015, 11:42
Mirşahin Ağayevlə MTRŞ arasında məhkəmələr davam edir
3-03-2022, 11:42
Bombalanan Kiyevdə nikah: ukraynalı polis zabiti və rus jurnalist evləndilər - FOTO
25-01-2016, 22:23
15 yaşlı qızın intihar səbəbi: Ana, bağışla məni...
12-09-2019, 10:18
Gürcüstandan avtomobillə gəlib, cərimə olunanlara XƏBƏRDARLIQ! (VİDEO)