Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT
Tarix: 28-06-2017 | Saat: 16:13
Bölmə:Karusel / Hadisə | çapa göndər


 
Moskvada bir neçə “qanuni oğru” saxlanılıb. Məlumata görə, “Merani” restoranında əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoritetlərin “sxodka”sının qarşısını alıblar. “Sxodka”ya yığışanlar Rusiyanın ən böyük şəhərlərindən birinə nəzarətçi (“smotryayuşi”) təyin etməliydilər.
 
Məlumata görə, saxlanılanların sayı 11 nəfərdir. Onların arasında Kaxa Qalski və Qudja Kutaisski kimi nüfuzlu “qanuni oğrular” da var. Avtoritetlə Novosibirskə Paşa Beşenni ləqəbli Pavel Brusentsevi nəzarətçi təyin etməliydilər.  
 
Pavel Brusentsev Antip ləqəbli “qanuni oğru”yla yaxınlığı ilə tanınır. Məhz o və Antip bir qədər əvvəl Novosibirskdə azərbaycanlı avtoritet Kənan Cəlilovu həbsxanada ölümcül döydürmüşdülər. Cəlilov Novosibirskdə heç kimlə hesablaşmayan avtoritet kimi tanınırdı. Bir neçən maddəylə həbsdə yatsa da yenə də şəhərdəki əksər ticarət nöqtələrinə nəzarət edirdi. O vaxt təcridxana rəisinə külli miqdarda rüşvət verən Beşenni və Antip 10 nəfərdən çox məhbusun Cəlilovun kamerasına soxularaq, onu ölümcül döyməsinə nail olmuşdular. Cəlilov bir neçə gün koma vəziyyətində olsa da, həkimlərin səyi ilə ölümdən dönmüşdü. O, hazırda azadlıqdadır və əlil arabasında gəzir. Məlumata görə, Cəlilov hələ də Novosibirskdə hələ də söz sahibidir.


Xəbəri paylaş

9648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___