Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır
Tarix: 28-06-2017 | Saat: 13:45
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Türkiyə Suriya ilə sərhəddə "təhlükəsizlik divarları"nın tikintisindən sonra Ermənistan və İranla sərhəddə də eyni layihəni həyata keçirmək niyyətindədir.
Bu ilin yanvar ayında Müdafiə və Maliyyə nazirliklərinin birgə təşəbbüsü ilə Ermənistanla sərhəddə "təhlükəsizlk divarları"nın tikintisi layihəsi hazırlanıb. Layihəyə əsasən, divarlar Qars, İğdır və Ardahan bölgələrində inşa ediləcək.
Buna səbəb PKK terror təşkilatı ilə mübarizədir. Belə ki, PKK-nın bəzi bazaları İran-Türkiyə sərhədində yerləşir. Türkiyəyə hücum edən terrorçular məhz həmin bazalara qayıdırlar. Bununla yanaşı, həmin bazalarda hazırlanan terrorçular Ermənistanla sərhəddə yerləşən Ağrı dağındakı hücumları da həyata keçirirlər. Divarların tikilməsi terrorla mübarizə çərçivəsində həyata keçirir.
Qeyd edək ki, PKK terrorçularının Ermənistanda rahat şəkildə fəaliyyət göstərdiyi məlumdur. Ermənistan hakimiyyətinin dəstəyi ilə bu ölkəyə gələn terrorçular Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçir, həmçinin, oradan İrandakı bazalara gedirlər. Misal üçün, ötən həftə İran kəşfiyyatı Xüdafərin körpüsündən Qarabağa keçmək istəyən 8 PKK terrorçusunu həbs edib. publika
Xəbəri paylaş
6058 dəfə oxunub.
Digər xəbərlər

6-02-2018, 14:53
“Ayıq sürücü yol polisi ilə əlbirdir!” İDDİASINA rəsmi cavab verildi
29-12-2017, 10:45
Məhkəmə ANS-in xeyirinə çıxarılmış qətnaməni qismən ləğv etdi
27-08-2015, 19:49
Gürcüstanda NATO-nun hərbi tədris mərkəzi açıdı
16-03-2023, 15:09
Nazilə yeni doğulan nəvəsi üçün dəvə kəsdi - VİDEO
10-07-2023, 10:42
Markın son fotosu narahatlığa səbəb oldu: Uşaqlarımız təhlükədədirlər?
6-04-2016, 13:18
Masallıda ZƏLZƏLƏ
13-06-2016, 13:56
İrəvanda Rusiyaya qarşı aksiya: - "Bu səhvdir, satqınlıqdır" (Foto)
7-05-2019, 11:49
MTRŞ sədri: "ANS televiziyası ilə bağlı məsələ bitib"
25-10-2015, 19:09
“Biznesə mane olanlar Azərbaycana xəyanət edirlər” - İlham Əliyev
3-05-2017, 16:46
Rektorun sökdürdüyü mozaika bərpa edildi