Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənini məğlub edən idmançımız Avropa çempionu oldu
Tarix: 28-06-2017 | Saat: 11:21
Bölmə:Karusel / İdman | çapa göndər


Almaniyanın Dortmund şəhərində start götürən gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan sərbəst güləşçiləri 3 medal qazanıblar. 
Medallardan biri qızıl, biri gümüş, biri isə bürünc əyarlı olub. 
60 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Ermənistan, Rusiya və Moldovadan olan rəqiblərini üstələdikdən sonra həlledici görüşdə ukraynalı Andrey Yatsenko ilə qarşılaşıb. Rəhimzadə 8:7 hesabı ilə qalib gələrək, Avropa çempionu olub. 
50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə o, rusiyalı Muxammadxon Muxammadxona 1:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 
Nəhayət, 96 kq-da yer alan Məhəmmədrəsul Qazıməhəmmədov ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı pəhləvana uduzub. Lakin rəqibinin finaladək irəliləməsi səbəbindən Qazıməhəmmədov təsəlliverici görüşlərə qatılıb. O, ardıcıl olaraq, yunanıstanlı və türkiyəli rəqiblərini üstələyərək, bürünc medalçı olub. 


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 14:54 Prokuror-kriminalist öldü

bütün xəbərlər
____ Instagram ___