Hansı gilas daha faydalıdır - qırmızı yoxsa ağ?
Tarix: 27-06-2017 | Saat: 13:27
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Gilasın tərkibində sağlamlıq üçün vacib olan bir çox faydalı maddələr var - A, B qrupu, C, PP vitaminləri, kalium, maqnezium, dəmir və bir çox digər vacib minerallar, orqanik turşular, pektinlər və s.
Həm qırmızı, həm də ağ gilasın kimyəvi tərkibi oxşardır. Lakin bəzi maddələrə görə qırmızı gilas daha faydalı hesab edilir. Belə ki, qırmızı gilasın tərkibində "antosian" maddələri var. Bu maddələr kapilyar və damarların divarlarını möhkəmləndirir, ürək-damar sistemi xəstəliklərindən qoruyur, xərçəngin inkişafı riskini azaldır, orqanizmi cavanlaşdırır. Gilasın rəngi nə qədər tünddürsə, onun tərkibində olan antosianlar bir o qədər də çoxdur.
Qırmızı gilasın turş növləri daha faydalı sayılır. Onların tərkibində sağlamlıq üçün vacib olan orqanik turşular daha çoxdur.
Qırmızı gilas dəmirlə zəngindir ki, bu da onu ağ gilasla müqayisədə daha faydalı edir.
Ağ gilasin yeganə üstünlüyü ondan ibarətdir ki, bu gilas növü qırmızı gilasla müqayisədə allergiyaya daha az hallarda səbəb olur. Allergiyaya meyilli olan insanlar bunu nəzərdə tutmalıdır.
Xəbəri paylaş
6388 dəfə oxunub.
Digər xəbərlər

15-06-2017, 14:51
Könül Xasiyevanın son vəziyyəti ilə bağlı YENİ XƏBƏR - FOTO
21-09-2016, 10:09
İlhamə "İlin işgüzar xanımı" seçildi – FOTO
4-07-2015, 17:50
Həşəratları məhv etmək üçün canını verdi
25-03-2018, 20:30
Xarab dişlər bu ağır xəstəliyin riskini artırır
1-06-2016, 16:41
Türkiyədən Rusiyaya əks həmlə
4-02-2016, 22:41
““Hafka”nın keçmiş cangüdəni küçədə adam döydü - Foto
15-10-2016, 01:43
Peyğəmbərimizə qarşı hörmətsizlik - AŞPA-da