Bayram bir ailə üçün faciəyə döndü
Tarix: 27-06-2017 | Saat: 11:53
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb.
Hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi "VAZ 2106" markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi "Mercedes" markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və "Mercedes"in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Balakən MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan 76 yaşlı Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən ölüb. Onun həyat yoldaşı, 70 yaşlı Zərnişan Bayramova ağır qapalı kəllə-beyin travması, sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu və travmatik şok vəziyyətdə, nəvəsi Zərnişan isə üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin gəlini Əminə Bayramova və digər sürücü Tamerlan Atayev xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
7088 dəfə oxunub.
Digər xəbərlər

14-05-2015, 00:15
Sibel Canın Mayamidəki milyonluq evi ortaya çıxdı – FOTO + VİDEO
14-03-2017, 17:45
Esra Erolun verilişi ilə bağlı şok ittiham: "Hamısı aktyordur"
24-06-2015, 22:35
İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif etdi
6-07-2015, 01:45
Cinsi həvəsi artıran, keşişlərə qadağan edilən MÖCÜZƏVİ BİTKİ
4-01-2019, 12:30
Pərvin Abıyevanın model qızla öpüşən videosu yayıldı
25-03-2015, 22:25
Bu ay reytinqleri darmadagin eden xit mahnı Video
24-04-2016, 12:40
Pensiyaçılara kredit qadağasının səbəbi açıqlandı
17-06-2015, 14:16
Nazir Ledi Qaqaya verilən pullardan danışdı
9-04-2020, 11:25
Milli Məclisin iclası başladı
3-04-2015, 12:47
Geroini baxın harasında keçrirmiş Dəhşət