Ramazan bayramı günlərində hava isti, küləkli olacaq
Tarix: 25-06-2017 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabah bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir
Azərbaycanda Ramazan bayramı günləri üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xəbəraz.Az-a verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti təşkil edəcək.
İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
İyunun 27-də isə rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Xəbəri paylaş
8278 dəfə oxunub.
Digər xəbərlər

9-01-2017, 22:34
Burnunuz tıxanıbsa, bir stəkan suyun içinə... - TƏBİİ ÜSULLAR
22-06-2015, 11:29
Ələt-Astara magistralında QƏZA
1-10-2018, 11:53
Azərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər
15-03-2015, 16:01
Salyanda traktor kanala aşıb: 8 yaşlı uşaq ölüb
17-10-2023, 12:10
Orxan Məmmədlinin məktubu üzə çıxdı - Hər şeyi orada yazıbmış...
18-08-2018, 19:38
Yasamalda yanğın - Xəsarət alan var
2-09-2016, 16:37
Dünyanın ən nazik noutbuku
9-06-2015, 12:37
Polis qaradərili qızı yerlə sürüdü (VİDEO)
7-09-2015, 16:47
Dünya tarixçiləri Azərbaycanda toplaşacaq
20-09-2020, 15:29
Azərbaycanda koronavirusa 146 yeni yoluxma qeydə alındı