Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DƏHŞƏT: Bakıda SÜRƏT QATARI piyada qızı vurdu - HƏMİN ANIN VİDEOSU
Tarix: 24-06-2017 | Saat: 09:57
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

DƏHŞƏT: Bakıda SÜRƏT QATARI piyada qızı vurdu
 

Bakı-Sumqayıt elektrik qatarı dəmiryolundan keçən piyadanı vurub. Həmin qəza anı qatarın təhlükəsizlik kamerasına düşüb. Dəmiryolunun üstündən keçən bir qrup gəncin məsuliyyətsiliyi az qala faciə ilə nəticələnəcəkdi.
Bakıda sürət qatarı sərnişini belə vurub. Qatarın qarşısına yox, kənara düşən piyadanın burnu belə qanamayıb. Qəza anı, sürət qatarının təhlükəsizlik kameralarına düşüb.
Hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik ediblər. Ani məsuliyyətsizlik az qalsın gənclərin canları bahasına başa gələcəkdi.
Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə biraz ləngiyir. Sürətlə Sumqayıt istiqamətindən Bakı Sərnişin vağzalına gələn qatar qızı vurub. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşüb.
Həmin gənclər hadisədən sonra ərazidən qaçdıqları üçün maşinist qızın xəsarət alıb almamasını və onların adını belə öyrənə bilməyib.
Maşinist hadisədən sonra qatarı saxladığı üçün təxminən 8 dəqiqə geçikmə ilə Bakı-Sərnişin vağzalına çatıb.
Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispeçerlərə məlumat verib. İndi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır. (Xəzər xəbər)


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___