Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Altı min nəfər dinini dəyişib
Tarix: 23-06-2017 | Saat: 09:44
Bölmə:Karusel / İbadət | çapa göndər

Altı min nəfər dinini dəyişib

Bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil etdiyini deyib. Hamıya maraqlı olan bu statistikanın necə müəyyənləşməsidir. Məsələn, qonşu Türkiyədə şəxsiyyət vəsiqələrində insanların dini qeyd olunur. Ancaq bizdə şəxsiyyət vəsiqəsində belə qeyd olmadığı üçün əhalinin neçə faizinin hansı dinə mənsub olduğu barədə statistik rəqəmlərin verilməsi “bu statistika necə hesablanır?” sualını ortaya çıxarır. 
“Xəbəraz.Azxəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda dini mənsubiyyətlə bağlı rəsmi statistika aparılmır. 
“Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təxmini hesablamalarına görə, ölkə əhalisinin təxminən 96 faizi müsəlmandır. Müsəlmanların isə təxminən 60-65 faizi şiə, 30-35 faizi sünni məzhəbindəndir. Bütün bunlar təxmini hesablamalardır.
Burada Azərbaycanda yaşayan xalqların sayı nəzərə alınır. Məsələn, Azərbaycanda ruslar, ukraynalılar, belaruslar, eyni zamanda udinlər, gürcü pravoslavlar yaşayır. Bunların ümumi sayı müəyyənləşdirilir və gəldiyimiz qənaətə görə, Azərbaycanda əhalinin 96 faizini müsəlmanlar təşkil edir. Qakan hissəni xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri təşkil edir. Azərbaycanda həm gürcü, həm dağ yəhudiləri, həm də Avropa yəhudiləri var. Bunlarında sayını hesablamaqla da digər din mənsublarının təxmini sayı nəzərə alınır. 
Bir daha qeyd edirəm ki, əhalinin hansı dinə mənsub olmağı ilə bağlı rəsmi statistika aparılmır, sadəcə təxmini hesablama aparılır”.
 
Gündüz İsmayılov deyib ki, Azərbaycanda dinini dəyişmə halları da var. 
“Amma onu deyim ki, Azərbaycanda dinini kütləvi halda dəyişmə yoxdur. Buna çox az hallarda rast gəlinir. Dinini dəyişmə çox nadir hallarda olduğu üçün, bununla bağlı hər hansı statistikaya ehtiyac olmur. Bu istiqamətdə də təxmini araşdırma aparılıb. Qeyri-ənənəvi xristian sektalarına qoşulanların sayı 6000-dən çox olmayıb”.


Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___