Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qənirə Paşayeva hərbçilərin Novruz bayramını təbrik edib
Tarix: 19-03-2015 | Saat: 16:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qənirə Paşayeva hərbçilərin Novruz bayramını təbrik edib
Tovuzda ön cəbhədə hərbi hissədə Novruz bayramı və Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd edildi.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Yapı Kredi Bankı Novruz bayramı münasibəti ilə Tovuzda ön cəbhədə qulluq edən əsgər və zabitlər üçün tədbir və konsert proqramı təşkil edib. Tədbirdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı, esseist və ünlü radio proqram aparıcısı Mehmet Ercan iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib: “Əziz hərbçi və əsgərlər, bu gün biz sizinlə ölkəmizin ön cəbhələrindən birindəyik. Siz ölkəmizi və ön cəbhəmizi çox layiqli və ləyaqətlə qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarına, atəşkəsi pozaraq sivil insanları atəşə alma kimi vandalizm aktlarına, öz əkin sahələrində, həyətlərində çalışan insanları snayperlərlə hədəfə alma aktlarına, belə bir vəhşi hərəkətləri törədən qüvvələrin varlığına belə baxmayaraq siz layiqli şəkildə insanlarımızı qoruyursunuz. Siz öz ölkənizi təxribatlardan qoruyursuz. Bu gün bütün dünya və düşmən sizin simanızda Azərbaycan ordusunun gücünü və qüdrətini görür. Bu gün Azərbaycan və onun ordusu içərisində vətənini və ön cəbhələrimizi qoruyan oğullar ən yüksək səviyyədə vətən üçün mübarizəyə hazırdır. Mən sizinlə burda, ön cəbhədə birgə olmaqdan iftixar hissi keçirirəm”.

Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb: “Ali Baş komandan, Prezidentimiz cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa, Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, gələn il Novruz bayramımızı, bu cür bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda ,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı Mehmet Ercana ön cəbhəmizə gələrək əsgər və hərbiçilərimizlə görüş və onlar qarşısında çıxış etmək istəklərinə görə təşəkkürünü bildirib. O, Azərbaycan və Türkiyənin "bir millət iki dövlət" olduğunu və hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə türkiyədən gələn qonaqlarla Novruz bayramının qeyd edilməsindən məmnun olduğunu deyib.

Bu gün eyni zamanda Canakkale zeferinin 100-cü ildönümüdür və biz birlikdə burada eyni zamanda dədələrimizin yazdığı şərəfli tarixin də 100-cü ildönümünü birlikdə qeyd edirik deyən millət vəkili Qənirə Paşayeva gəncləri Çanakkale zəfəri ilə dünya tarixinə imza atan dədələrimizin qəhrəmanlıq yolundan örnək götürməyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı Mehmet Ercana Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə edib və deyib: "bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun bir əsgəri kimi hiss edəcəksiniz. Dəyərli şairimiz Camal Safinin Azərbaycana böyük sevdasını bir daha “Miracımız Qarabağdır” şeiri ilə də gördük. Biz sizə bu duyarlılğınız üçün təşəkkür edirik".

Ustad şair Cemal Safi Türkiyədəki bütün qardaş və bacıların salam, sevgi və təbriklərini gətirdiyini deyib: "Türkiyə və türk xalqı hərzaman sizin yanınızda olub və bundan sonra da olacaq. İnşallah bu cür gözəl görüş və tədbirləri Dağlıq Qarabağda da keçirəcəyik.Mən ön cəbhəni qoruyan sizin kimi dəyərli qardaşlarımla birlikdə olmaqdan çox xoşbəxtəm," - deyib və ona bu imkanı yaradan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Ustad şair “Meracımız Qarabağdır” şairini və bir sıra sevilən şeirlərini əsgər və hərbçilər üçün oxuyub. Azərbaycan əsgərinin formasını geyinən Mehmet Ercan bu həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayam və bundan qürur duyuram deyib. Əsgər və zabitlər qarşısında çıxış edən Mehmet Ercan bundan sonra onlarla daha sıx-sıx görüşmək istədiyini deyib və inşallah gələn görüşümüzü Dağlıq Qarabağda keçirək", - deyib.

Sonra hərbi hissə rəhbərliyi adından millət vəkili Qənirə Paşayevaya, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalova, Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı Mehmet Ercana, Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovaya Fəxri fərman verilib.Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Yapı Kredi Bankın hədiyyələri təqdim edilib.

Hədiyyələrlə bərabər millət vəkili Qənirə Paşayeva əsgər və zabitlərə Qarabağ həqiqətləri ilə bağlı kitablar və özünün yenidən çapdan çıxan kitablarını hədiyyə edib. Sonra qonaqlar əsgər və hərbiçilərimizlə bərabər bayram tortunu kəsiblər və inşallah gələn bayramı Şuşada keçirək deyiblər. Sonra tədbir bədii hissə və Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın konsert proqramı ilə davam edib. Qonaqlar əsgərlərlə bərabər yemək yeyib və maraqlı söhbətlər ediblər.


Xəbəri paylaş

8048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___