Azərbaycanın ən böyük 3 universiteti bundan sonra belə idarə olunacaq - YENİLİYİN DETALLARI
Tarix: 22-06-2017 | Saat: 21:09
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Bəs dövlət ali təhsil müəssisəsinin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi təhsil sistemində və təhsil müəssisəsinin idarəetməsində hansı dəyişikliklərə yol açacaq?
Hər kəsi maraqlandıran bu mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.
İdarəetmədə publik hüquqi şəxsin mövcudluğunu zəruri hesab edən K.Əsədovun sözlərinə görə, ali təhsil müəssisələri publik hüquqi şəxs elan olunduqdan sonra idarəolunma prosesi bundan sonra ciddi şəkildə dəyişəcək: “İlk növbədə qeyd etmək lazımdır ki, bizdə ali məktəblərin idarə olunması sovetlər dönəmindən qalma prinsiplər əsasında həyata keçirilir. Bu da model kimi dünyada qəbul edilmir. Dünyada reytinq cədvəlində öndə gedən universitetlərin idarəçiliyi daha çevik həyata keçirilir. Bundan başqa publik hüquqi şəxs kimi universitetlərin daha sərbəst maliyyə fəaliyyəti olacaq. İndiki halda onlar hansısa bir maliyyə prosesini həyata keçirmək üçün tabe olduqları yuxarı orqanın razılığını almaq tələb olunur. Amma publik hüquqi şəxs olanda universitetin bu sahədə müstəqilliyi olacaq”.
K.Əsədov bildirib ki, publik hüquqi şəxs olması universitetlərə əlavə gəlir əldə etmək imkanı yaradacaq: “İndi universitetin yeganə gəlir mənbəyini tələbələrin təhsil haqları təşkil edir. Lakin publik hüquqi şəxsə çevriləndən sonra digər xidmətlər göstərməsi üçün şərait yaranacaq ki, bu da əlavə gəlir əldə etməyə imkan verəcək. Dünya təcrübəsində universitetin əsas gəlirləri layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi tədqiqat jurnalları, hazırıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Lakin bu qeyd olunanlar təəssüf ki, bizim universitetlərdə yoxdur. Bu dəyişiklik məhz həmən gəlirli sahələri universitetlərə cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu, Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq”.
Xəbəri paylaş
7828 dəfə oxunub.
Digər xəbərlər

12-10-2017, 10:15
Gənclərimiz torpaq əkib-becərmək yerinə Rusiya bazarlarına alverə gedirlər” - DEPUTAT
13-04-2017, 13:10
Azərbaycan MN: Ermənilər atəşkəs rejimini 115 dəfə pozub
22-04-2019, 12:24
Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutulub
18-05-2016, 12:01
Magistral yolda ağır qəza: 26 yaşlı oğlan öldü
29-12-2015, 16:59
Azərbaycanda su və kanalizasiya tarifləri bahalaşmayacaq
2-05-2021, 15:49
Ayağı ayağın üzərinə qoyub əyləşmək çox ziyanlıdır
7-12-2016, 15:59
Azərbaycanda rəisin gəlinini qaçıran kimdir? - TƏFƏRRÜAT
24-05-2016, 19:01
"AYİB-in Azərbaycana sərmayəsi artacaq"
10-05-2016, 06:31
FSB türk biznesmeni həbs etdi
17-05-2016, 20:17
"Aztelekom"dakı nasazlıq aradan qaldırıldı