Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı bəstəkar ilk dəfə bunu etdi – VİDEO
Tarix: 22-06-2017 | Saat: 11:11
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər


Şou-biznesdə bir çox tanınmış müğənnilərin mahnılarının müəllifi olan bəstəkar-müğənni Muxtar Abseynov yaradıcılığında yenilik edib.Xəbəraz.Az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi özünə məxsus “Baldı balam” adlı mahnını oxuyub: “Mahnı bəstələyib ifa etmək mənim üçün bir hobbidir. Yəni iddiam müğənni olub toylara getmək, pul qazanmaq deyil. Sadəcə ruhuma yaxın olan mahnıları bəstələyib, oxuyuram. Bu həmdə gələcək üçün bir xatirədir. Bu günə kimi mahnılarımı Azərbaycanın ən tanınmış müğənniləri ifa edib. Düşünürəm ki, mənim yazdığım bəstələr fərqlidir. Bu mahnımın da seviləcəyinə əminəm. İlk dəfədir ki, bu cür mahnı yazıram”.



Qeyd edək ki, M.Abseynov xalq artistləri Aygün Kazımovanın “Tək mənimsən”, Zülfiyyə Xanbabayevanın “Yox demə”, “Mənim deyilsən”, “Yuxuma gəlsən”, “Qəlbimdə məhəbbət”, əməkdar artist Röya Ayxanın “Məktub”, “Əs dəli küləyim”, Sevda Ələkbərzadənin “Bir sevgim var”, “Sevdim” , “Mənim qəlbimə”, “Gözlərmi bağla”, Natavan Həbibinin “Harda olsan”, “İstərəm”, “Düşünürəm”, “Qismət ayıranda”, “Ad günü”, Samira Allahverdinin “Nəyə görə”, “Sən”, “Vəfasız həyat” kimi sevilən bəstələrin müəllifidir.


Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___