Vaqif Əsədov ittihamlara cavab verdi
Tarix: 20-06-2017 | Saat: 15:37
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun iddia olunan dəbdəbəli villanın görüntüləri ölkə.az-da yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədova müraciət edildi.
Xəbəraz.Az xəbər verir ki, Vaqif Əsədov oxu.az-a açıqlamasında bildirib ki, onun evinin olması ilə bağlı yayılan məlumatlar şayiədir: "Mənim evim yoxdur. Məni tanıyan və ətrafımda olanların hamısı bilir ki, mən harada və kimin evində yaşayıram. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil".
Vaqif Əsədov sosial şəbəkələrdə yayılmış və onun olması iddia olunan villanın şəkillərinə də münasibət bildirdi. Onun sözlərinə görə, şəkilləri yayılmış villa, əslində, yəhudi dostlarınındır və ona heç bir aidiyyəti yoxdur.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini də gizlətməyib.
"Hesab edirəm ki, evlər ada görə yox, xidmətlərə və əməyi olanlara verilməlidir. Mən də neçə illərdir ki, mətbuat sahəsində çalışıram. Bu sahədə xidmətlərim varsa, niyə də ev üçün müraciət edənlərdən biri olmayım?"
Vaqif Əsədov, həmçinin onun haqqında mənfi məlumatlar yayan saytlara da müraciət etdi: "Deyəsən, yay fəsli mediada mövzu qıtlığı yaradıb. İndi belə xəbərlər yaymaqla ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər".
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

30-09-2022, 08:40
Cavanşir Məmmədovun qızı ilə bağlı ŞOK İDDİA: “Facebook”da tanış olduğu kişini aldadıb?
23-09-2023, 18:50
"Gözəl qadına baxmaq kişilərin ömrünü UZADIR" - Psixoloq
22-06-2015, 21:08
ANS-in tanınmış aparıcısı qəzaya düşdü – FOTO
22-06-2018, 14:42
Bakıda sürücü axır ki, maşını çırpmağa yer tapdı – Video
14-01-2017, 16:43
Ramil Usubov iki polkovniki vəzifədən azad etdi
8-12-2017, 12:58
Sabahın Havası
28-06-2015, 15:48
İdmançımızda dopinq aşkarlandı- Rəsmi açıqlama
7-06-2016, 13:14
Türk məşhurlar rus pilotun ailəsinə məktub yazdı
1-11-2016, 16:29
Rafael Ağayev rekorda imza atdı