Fəsillər yoxa çıxır - 40 dərəcə isti, səhəri gün şaxta ola bilər
Tarix: 20-06-2017 | Saat: 13:10
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
“Son illərdə iqlim dəyişmələri nəticəsində fəsil anlayışlarının olmayacağı ilə bağlı fikirlər öz təsdiqini tapır. Bununla bağlı vaxtilə açıqlamalarımda bildirmişdim. Lakin bu fikirlər təkcə mənim deyildi. BMT-in iqlim dəyişmələri ilə məşğul olan qurumunun 2013-2014-cü illər üzrə hesabatında qeyd olunmuşdu ki, tədricən fəsil anlayışları sıradan çıxacaq, ilin yay fəslində 40 dərəcə isti, növbəti gün şaxta da görmək mümkün olacaq”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.
R. Məmmədov təəssüflə bildirib ki, yaxşı olmayan proqnoz özünü doğrulmağa başlayıb və son 2-3 ildə Azərbaycanda da özünü daha aktiv biruzə verməyə başlayıb: "Xalq arasında da belə fikirlər var ki, sanki ölkədə birdən-birə qışdan yaya keçilir, pencəkdə gəzməyə vaxt olmur".
İnstitut direktoru vurğulayıb ki, iqlim dəyişmələri zamanı havanın temperaturunun artması nəticəsində Azərbaycanda bir çox bitkilərin, xüsusən subtropik bitkilərin yetişdirilməsi üçün əlavə imkanlar yaranacaq: “Bu yaxşı əlamətdir. Ancaq digər tərəfdən temperaturun artması torpaqda buxarlanmanın çoxalması və bunun nəticəsində şoranlaşmasına gətirib çıxara bilər. Bunun da qarşısını almaq mümkündür. Müasir suvarma üsulları, su ehtiyatlarından səmərəli istifadə etməklə bu problemi həll etmək olar. İqlim dəyişmələri, fəsillərin gələcək vəziyyəti ilə bağlı artıq müəyyən proqnoz verilib. Sadəcə, baş verəcək dəyişikliklərə adaptasiya olmaq lazımdır. Hər bir ölkə adaptasiya tədbirləri hazırlamalı və görməlidir. Azərbaycanda bildiyim qədər bu istiqamətdə qabaqlayıcı işlər görülür”.
Xəbəri paylaş
5508 dəfə oxunub.
Digər xəbərlər

5-05-2017, 15:28
“Qalib olsam, saçımı keçəl edəcəm”
14-02-2016, 23:33
Türkiyə YPG mövqelərini belə bombaladı – Video
14-06-2015, 16:33
Azərbaycan ilə İran arasında müştərək bank yaradıla bilər
26-06-2015, 13:07
Kişilər qadınlarda ən çox nəyə baxır?
17-06-2017, 12:44
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Sürət həddi endirildi
19-02-2016, 14:41
Ayaz Mütəllibov hərbi prokurora cavab verdi: “Kobud danışdım”
20-06-2015, 22:48
Şirvan-Salyan avtomobil yolu yenidən qurulur - FOTO
24-07-2016, 22:16
Ağ saçları yox edən möhtəşəm resept
22-12-2022, 12:14
Kola, kofe narkotikdirmi?