Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göyçayda ərini öldürdüyü deyilən qadın BURAXILDI - Qatil tapıldı - YENİLƏNİB
Tarix: 19-06-2017 | Saat: 12:28
Bölmə:Karusel / Hadisə | çapa göndər


11:53
Göyçay rayonunda törədilən qətlin təfərrüatları məlum olub.
Xəbəraz.Az-ın trend-ə istinadən məlumatına görə, hadisə iyunun 18-də rayonun Çərəkə kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evdə qətlə yetirilmiş meyiti tapılıb. İlkin olaraq S.Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğuna çağırılsa da, ifadəsi alınandan sonra sərbəst buraxılıb. A.Musayevanın ifadəsi əsasında davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, S.Musayevi həmkəndlisi, 1984-cü il təvəllüdlü Xanməmmədov Seymur Gündüz oğlu qətlə yetirib. S.Xanməmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Məlumata görə, qətl hadisəsi şəxsi münaqişə zəminində baş verib. Belə ki, S. Musayev və S.Xanməmmədov qətldən bir neçə saat əvvəl içki qəbul ediblər. İçkili olan həmkəndlilər arasında mübahisə baş verib və onlar ayrılıblar. Sərxoş vəziyyətdə olan S. Xanməmmədov bir neçə saat sonra S. Musayevi öldürmək qərarına gəlib və onlara yollanıb. O. S.Musayevi yatdığı yerdə yaxalayıb və qətlə yetirib.
Xatırladaq ki, qətlə yetirilən S.Musayev 4 azyaşlı uşaq atasıdır.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
----------
10:53
Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.
Xəbəraz.Az apa-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay Rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.
 
Onun ərini hansı səbəbdən qətlə yetirdiyi, hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda, fəhlə kimi çalışdığı bildirilir.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___