Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hansı ölkələr Azərbaycanın dostudur? - SORĞU
Tarix: 16-06-2017 | Saat: 11:52
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Hansı ölkələr Azərbaycanın dostudur? - SORĞU
Bakıda "Hansı ölkələr Azərbaycanın dostu sayılır?" sualı ilə bağlı sorğu keçirilib.
Xəbəraz.Az “ACT Azərbaycan”ın 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir.
Ötən əsrin son onilliyində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın həll etməli olduğu məsələlərdən biri də xarici siyasətdə özünə daha çox tərəfdar toplamaq idi. 26 illik müstəqillik dönəmində Azərbaycan bunun öhdəsindən gəldi, əksər dövlətlərlə dostluq və ikitərəfli əməkdaşlıq əsasında diplomatik münasibətlər qurdu. Bəs, Bakı sakinləri hansı ölkələri Azərbaycanın dostu, tərəfdaşı sayır?
Respondentlərin böyük əksəriyyəti (76 %) Azərbaycanın dostu olaraq Türkiyəni görür. Sorğu iştirakçılarının beşdə biri isə (23 %) Rusiyanı Azərbaycana dost dövlət hesab edir. Pakistansevərlər də yetəri qədərdir (18 %). İran (16%) və Gürcüstan (15 %) da dost ölkələr sıralamasındadır. 5 % respondent üçün Azərbaycanın dostları siyahısında Ukrayna da yer alıb. Qazaxıstan dost ölkələr siyahısında 4 %-lə qərarlaşıb. Bakı sakinlərinin fikrincə, İsrail, ABŞ və Özbəkistan da (hər biri 3 % olmaqla) Azərbaycanın dostu olan ölkələrdir.
Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


Xəbəri paylaş

8508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___