Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AXCP üzvü 4 il azadlıqdan məhrum edildi
Tarix: 16-06-2017 | Saat: 11:40
Bölmə:Karusel / Siyasət | çapa göndər



FETO-çu deyilən AXCP üzvünə 4 İL HƏBS CƏZASI
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
 
Məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F. Əhmədlinin vəkili Əsabəli Mustafayev çıxış edib. O bildirib ki, Fuad Əhmədliyə verilən ittiham öz sübutunu tapmadığı üçün barəsində bəraət hökmü çıxarılsın.
 
Daha sonra Fuad Əhmədli son sözlə çıxış edib. O, günahsız olduğunu deyib. 
 
Hakimlər kollegiyasının hökmü ilə Fuad Əhmədli  4 il azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında Fuad Əhmədlinin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
 
Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.




Xəbəri paylaş

1 1878 dəfə oxunub.

Digər xəbərlər
24-04-2016, 17:31 Obama Almaniyaya gedib

bütün xəbərlər
____ Instagram ___