Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistanın rus rəisi Moskvaya qaçıb
Tarix: 25-06-2015 | Saat: 13:15
Bölmə:Karusel / M2 / Foto-fakt / Fotogalereya | çapa göndər

Ermənistanın rus rəisi Moskvaya qaçıb
İrəvandakı oturaq aksiyanın taleyi Rusiyada həll olunur.
“Ermənistan elektrik şəbəkələri” şirkətinin baş direktoru Yevgeni Bibin qeyri-müəyyən müddətə Moskvaya gedib.

Xeberaz.az xəbər verir ki , ANS PRESS-in məlumatına görə. bu barədə İrəvanda dərj olunan «Joxovurd» qəzeti yazıb. Qəzet bildirib ki, şirkətin mətbuat katibi Natalya Sarajyan İrəvanın Baqramyan prospektində elektrik enerjisi tariflərinin bahalaşması bağlı bir neçə gündür gedən oturaq etiraz aksiyasına təmsil etdiyi qurumun mövqeyini açıqlaya bilməyib. Onun sözlərinə görə, Yevgeni Bibin Moskvada baş idarənin direktorlar şurasının iclasına qatılıb.

İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-I saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Dünən səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.

Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.

Aksiya iştirakçıları bu gecəni də Baqramyan prospektində keçiriblər.

Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.


Xəbəri paylaş

6988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___