Xavyer Ernandes "Qəbələ"də
Tarix: 15-06-2017 | Saat: 18:24
Bölmə:Karusel / İdman | çapa göndər
"Qəbələ" mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb.
Xəbəraz.Az klubun saytına istinadən xəbər verir ki, bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan "qırmızı-qaralar" ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb. Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner bu gün Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulacaq.
Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. "Pizarrales" (1999-2002), "Salamanka" (2002-2005), "Real" Madrid (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu "Real"ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin "Halmstad" (2011) klubunda da oynayıb. Ardınca vətənində "Salamanka" (2011-2013), "Ourense" (2013-2014) və "Burqos"un (2014-2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada "Poli Timişoara"da (2015-2016), Polşada "Qurnik Lençna"da (2016-2017) legioner həyatı yaşayıb.
Xəbəri paylaş
6478 dəfə oxunub.
Digər xəbərlər

30-07-2017, 15:36
Bu, onlar üçün qürur mənbəyi olacaq - Putin
6-07-2017, 20:33
Azərbaycan yığması 4 pillə geriləyib - REYTİNQ CƏDVƏLİ
1-04-2015, 19:00
Keçmiş deputatın oğluna iş kəsildi
27-07-2018, 14:45
Banklarda girovda olan avtomobillərlə bağlı FIRILDAQ - FOTOLAR
3-10-2016, 16:16
Bakıda şagird müəllimələrə hücum çəkdi - müəllimənin gözü kor oldu
10-08-2015, 16:32
“Vor zakon” məhkəmə zalından azad edildi - Sübut tapılmadı
24-06-2022, 11:57
“Kurtlar Vadisi”nin Kılıcından illər sonra etiraf: “Hamımız gedəcəkdik, ikiqat pul verdilər”
7-03-2016, 11:30
Bu günün hava proqnozu
21-12-2016, 15:58
Bakı milyoneri malikanəsini kimsəsiz uşaqlara hədiyyə etdi
28-08-2017, 19:07
Azərbaycanda atalığından hamilə qalan 12 yaşlı qız barədə YENİ XƏBƏR