Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Qədr gecəsinin ikinci əhyasıdır
Tarix: 15-06-2017 | Saat: 10:55
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər


Mübarək Ramazan ayının şah zirvəsi olan Qədr gecəsinin əhyaları yaxınlaşmaqdadır. Qədr gecəsi elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu, elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə təyin edilir. Bu, bir gecədir ki, onda Quran nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qurani-Kərimin özündə bildirilir.

Mübarək Ramazan ayının mühüm proqramlarından biri olan Qədr gecəsi haqqında 

Qədr gecəsi - elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir ki, onda Qur’an nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qur’ani-şərifin özündə bildirilir.

Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə bildirilir ki, «..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və onların duaları üçün «Amin!» deyirlər. Və bu vəziyyət dan yeri sökülənədək davam edir». Və yenə bildirilir ki, «..Bu gecə ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki içənlərdən və qəlbində bir mö’minə qarşı düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz». 

 

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;

2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;

3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;

4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;

5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;

6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.


ŞƏHADƏT
Hicri 40-cı il Ramazan ayının 19-da, Kufə məscidində sübh namazını qıldığı zaman Əmirəlmö’minin Həzrət Əli (ə) sui-qəsdə mə’ruz qalmış, Ramazan ayının 21-də Mütəal Allahın yolunda həyatını qurban verərək, şəhadətə yetişmişdir.
Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: «Əli - rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır». Həzrət Rəsulullahdan (s) nəql edirlər: «Gördüm ki, behiştin qapısına yazılmışdır: “Allahdan başqa mə’bud yoxdur, Mühəmməd(s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”».
Həzrət Əli (ə) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim».
 
(deyerler.org)


Xəbəri paylaş

9868 dəfə oxunub.

Digər xəbərlər
8-02-2016, 12:50 "NBC Bank" QAYITDI

bütün xəbərlər
____ Instagram ___