Tələbələrin götürəcəyi kreditlərin sayı artırıldı
Tarix: 15-06-2017 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin sayı artırılıb.
Xəbəraz.az apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edib.
İndiyə qədər yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Dəyişikliyə əsasən bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır
Qeyd edək ki, tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Yay semestri akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi və ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələri və AMEA-nın magistratura səviyyəsinin tələbələrinə, həmçinin AMEA-nın təklif etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədləri ilə təşkil olunur. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

22-05-2016, 12:19
NATO Rusiya sərhədinə iki gəmi göndərdi
23-12-2016, 21:50
"Evdə tək" filminin uşaqları 26 il sonra - FOTOLAR
4-05-2016, 12:35
Sabir Rüstəmxanlı: "Qanun pozulur..." - Video
26-08-2015, 00:02
"İşte benim stilim" verilişinin iştirakçıları bəllidir- VİDEO
27-07-2015, 12:39
Tanınmış repçi həbs edildi - Narkotik...
18-10-2016, 13:09
Məşhur futbol klubu amerikalı biznesmenə satıldı
16-01-2020, 07:24
Abşeronda ərlə arvad dəm qazından boğulub öldü
13-08-2016, 23:25
"Aşkı Memnu"nun balaca ulduzu illər sonra - fotolar
21-05-2015, 21:10
Suriyanın yarıdan çoxu İŞİD-in nəzarətinə keçdi