Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı 2015 - Leyla Əliyevadan ilk qələbə
Tarix: 25-06-2015 | Saat: 12:29
Bölmə:Karusel / İdman / M2 / Foto-fakt | çapa göndər

Bakı 2015 - Leyla Əliyevadan ilk qələbə
Azərbaycan cüdo yarışlarına qələbə ilə başladı.
Xeberaz.az xəbər verir ki, Birinci Avropa Oyunlarında cüdo yarışlarına start verilib. Cüdo yarışlarının ilk günündə kişilər arasında 60, 66, qadınların mübarizəsində isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxırlar.

Artıq qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyev ilk görşündə Slovakiya idmançısı Kristina Vrsiçə qalib gəlib. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa və dünya çempionatının gümüş mükafatçısı Leyla Əliyeva belçikalı Van Snik ilə qarşılaşacaq.

Bundan başqa yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq cüdoçularımız Orxan Səfərov Yan Sikkardi (Monako) – Arif Bağırov (Belarus), İlqar Müşkiyev isə Fransisko Qarriqos (İspaniya) – Alon Raxima (İsrail) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Nicat Şıxəlizadə (66 kq) türkiyəli Sinan Sandal, Tərlan Kərimov (66 kq) Rusiya təmsilçisi Mixail Pulyayevlə qarşılaşacaq.

Aişə Qurbanlı (48 kq) rusiyalı Kristina Rumyançeva, Səkinə Zairova (52 kq) İsrail cüdoçusu Roni Şvarç, Kifayət Qasımova (57 kq) isə serbiyalı Yovana Roqiç ilə qarşılaşacaq.


Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___