Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“KARFAGEN SƏRKƏRDƏSİ”-BABƏK
Tarix: 14-06-2017 | Saat: 14:20
Bölmə:Karusel / Maraqlı / Gənclərimiz | çapa göndər



Fikir azadlığı olmadan, heç bir azadlıq ola bilməz-Volter
Babəki,“KARFAGEN SƏRKƏRDƏSİ HANNİBAL”-la -la müqayisə edirdilər. Çünki, Babək də hannibal kimi öz ölkəsinin əhalisinə, ələlxüsus öz xalqına arxayın idi və bu həmin arxayınlıq idi ki, onu döyüşdən-döyüşə və qələbədən-qələbəyə aparırdı. Babək Varaz Qriqor oğlu Cavanşirdən sonra ikinci ən böyük şəxsdir ki, ərəb xilafəti kimi bir vandalizm qanunları əsasında qurulan imperiyaya qarşı vuruşurdu. Bizans imperiyasının hərbi-maddi dəstəyi və Azərbaycan xalqının bu çətin günlərdə vahid bayraq altında birləşməsi, Babəki ruhlandırmış və o, bir çox məşhur döyüşlərdə qalib gəlmişdir. İlk dəfə olaraq, İnsanlar arasında ümumi bərabərliyin, bərabərsizliyin mümkünsüz olması, milli və siyasi azadlığın qorunması, onun uğrunda mübarizə aparılmasıfəlsəfəsi, Xürrəmilər hərəkatında özünü ehtiva etdi. Babəkin 21 illik(816-837) mübarizəsi onu göstərdi ki, Azərbaycan xalqı həmişə bir olmalı, başqa-başqa dövlətlərin təsiri altına düşməməli və öz milli-siyasi azadlıqları uğrunda daima mübarizə aparmalıdırlar. Yadelli ağalığı, yabançı ideologiyalar və məcburi tabe etmə siyasəti, Babəkin təsəvvürüncə, çox yad bir şey idi.Babəkdən sonra isə, bu mübarizəni davam etdirən və Azadlıq hərəkatı bayrağını dalğalandıran üçüncü bir şəxsdə oldu, bu, Məmməd Əmin Rəsulzadə idi. Babəkin edam zamanı tikə-tikə doğranması, Azərbaycan xalqının doğranması demək idi. Çünki, bir nəfərin edam olunması, onun mənsub olduğu millətin edam olunması deməkdir. Necə ki, məşhur Kuba inqilabçısı Ernesto Çe Gevara, inqilab haqqında belə demişdir: “Ölüm haradan və necə gəlirsə gəlsin...... Döyüş şüarlarımız qulaqdan-qulağa yayılacaqsa və silahlarımız əldən-ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə Cənazələrimizə ağı deyəcəklərsə, ölüm xoş gəldi, səfa gəldi....”.
Ərtoğrul Yurdaər


Xəbəri paylaş

8428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___