Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çoxuşaqlı qadınların ömrü daha uzun olur - Araşdırma
Tarix: 13-06-2017 | Saat: 13:52
Bölmə:Karusel / Maraqlı | çapa göndər





Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana olandan sonra qadınların ömrü uzanır. Araşdırma heç də 1-2 uşaqlı anaları əhatə etmir, söhbət dünyaya 6 və ya daha çox uşaq gətirmiş qadınlardan gedir. Yəni 6 uşaq sahibi olan ananın ömrü digər anaların ömründən daha çoxdur. 
 
Avstraliyada aparılan araşdırmaya görə, 6 və ya da daha çox sayda uşağı olan qadınlar yüzdə 40% daha az ölüm riski daşıyır. Araşdırmanın rəhbəri olan Yeni Cənubi Uels Universitetinin professoru Leon Simons bildirib: “Qadınları 6-dan çox uşaq sahibi olun deyə təşviq etməsək də, görünən budur ki, çoxuşaqlı analar ən azı bir uşağı olan həmcinslərindən daha çox yaşayır”. 
 
ABŞ mətbuatında yer alan araşdırma isə 1988-ci ildən etibarən, 60 yaşdan böyük olan 1500 qadın və 1200 kişini əhatə edib. Gəlinən nəticəyə görə, uşağı olmayan qadınlara nisbətən iki uşağı olan qadınlar yüzdə 17, üç uşağı olan qadınlar yüzdə 20 daha az ölüm riski daşıyır. Uşaq sayı artdıqca anaların ölüm riski azalmağa davam edir. Bu vəziyyətin səbəbinin hələ tam olaraq açıqlanmadığını bildirən Simons eyni tapıntılara başqa ölkələrdə də rast gəlindiyini bildirib.




Xəbəri paylaş

5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___