Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağcaqanadlardan qorunmağın sadə üsulları
Tarix: 12-06-2017 | Saat: 22:35
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Ağcaqanadlardan qorunmağın sadə üsulları
Yay aylarında hər kəsin birmənalı şikayət etdiyi həşərat ağcaqanadlardır. Hər kəsin də ağcaqanadlardan qorunmaq üçün müxtəlif özünəməxsus üsulları var. Ən çox gecələri insanlara "hücum” edən ağcaqanadlar bədən istiliyinə və gecə yatarkən yayılan karbonoksidə gəlir. Buna görə vızıltıları qulağımızın dibində bitər. Kişi ağcaqanadlar dişləməz, dişi ağcaqanadlar isə qan sorar.
Ağcaqanadlardan qorunmanın sadə üsullarını diqqətə çatdırırıq:
Yay günlərində geyinəcəyiniz tünd rəngli paltarlar onlar üçün tam mənasıyla bir sığınacaqdır. Buna görə açıq rəngli paltarlar geyinməyə diqqət edin.
Tərli, nəmli bölgələr ağcaqanadların xüsusilə seçdiyi bölgələrdir. Tez-tez duş alın.
Bağça və balkonunuzda natrium lampaları yandırmağınız məsləhətlidir. Bu ağcaqanadların daha az gəlməsini və elektrikə qənaət etməyinizi təmin edər. Bundan başqa, pəncərələrinizə milçəklik taxdırmaq ən asan və praktik həllərdən biri olacaq.
Ağcaqanadlar qərənfil yağı, lavanda yağı və portağal qabığının qoxusundan xoşlanmazlar. Yay axşamlarında xoş bir bədən losyonu kimi də istifadə edə biləcəyiniz bu yağlar sizi ağcaqanad hücumlarından da qoruyacaq.
Çay ağacı yağı, evkalipt və nanə yağı dişlənilən bölgəyə sürtüldüyündə qaşıntını bir neçə saniyə ərzində götürəcək və həmin bölgəni tezliklə sağaldacaq.
Saf vanil də ağcaqanadlardan qorunma olaraq istifadə edilə biləcək üsullardan biridir. Dişlənən nöqtələrinə sürtülən vanil yağı bir mənada sizi görünməz edəcək və ağcaqanadlardan qorunmağınızı təmin edəcək.
Yaşıl limonun üstünə yerləşdirəcəyiniz qərənfillər də ağcaqanadları evinizdən uzaq tutmağınıza köməkçi olacaq.
Evinizin pəncərələrinə saxsı qablarda basdırılmış reyhan və lavanda yerləşdirin. Onların ağcaqanadları qovucu təsirləri var.
Son olaraq texnologiyanın yeniliklərindən faydalana bilərsiniz. Mobil telefonlarınıza ağcaqanad qovan proqram yükləyə bilərsiniz. Həmin proqramı gecələri ya da axşamüstü işlədin və isti yay axşamlarının dadını çıxardın.
(sherg.az)


Xəbəri paylaş

1 9108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___