Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nə Messi, nə Ronaldo - dünyanın ən bahalı futbolçusu...
Tarix: 12-06-2017 | Saat: 19:20
Bölmə:Karusel / İdman | çapa göndər


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb. apasport.az saytı xəbər verir ki, siyahıya “böyük beşlik” ölkələrində (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) çıxış edən 110 futbolçu daxil edilib. 
 
Maraqlıdı ki, siyahıya nə Lionel Messi, nə də Kriştianu Ronaldo başçılıq edir. İlk pillədə “Barselona”nın braziliyalı hücumçusu Neymar qərarlaşıb. “Sambaçı”nın transfer qiyməti 210,7 milyon avro məbləğində dəyərləndirilib. Onu “Tottenhem”in iki üzvü – Dele Alli və Harri Keyn izləyirlər.
 
Messi 4-cü, Ronaldo isə 11-ci yerdə qərarlaşmaqla kifayətlənib.
 
1. Neymar – 210,7 milyon avro (25 yaş. “Barselona” – müqavilə müddəti 2021-ci ilə qədər)
2. Dele Alli – 155,1 milyon (22 yaş. “Tottenhem” – 2022)
3. Harri Keyn – 153,6 milyon (23 yaş. “Tottenhem” – 2022)
4. Lionel Messi – 151,7 milyon (30 yaş. “Barselona” – 2018)
5. Antuan Qrizmann – 150,3 milyon (25 yaş. “Atletiko” – 2021)
6. Luis Suares – 140,8 milyon (30 yaş. “Barselona” – 2021)
7. Pol Poqba – 134,3 milyon (24 yaş. “Mançester Yunayted” – 2021)
8. Qonsalo İquain – 120,2 milyon (29 yaş. “Yuventus” – 2021)
9. Eden Azar – 117,2 milyon (26 yaş. “Çelsi” – 2020)
10. Paulo Dibala – 115,3 milyon (23 yaş. “Yuventus” – 2022)
11. Kriştianu Ronaldo – 112,4 milyon (32 yaş. “Real” – 2021)
12. Kevin de Bruyne – 110,5 milyon (25 yaş. “Mançester Siti” – 2021)
13. Romalu Lukaku – 105,4 milyon (24 yaş. “Everton” – 2019)
14. Robert Levandovski – 100,6 milyon (28 yaş. “Bavariya” – 2021)
15. Rahim Sterlinq – 98,8 milyon (22 yaş. “Mançester Siti” – 2020)
 
Qeyd edək ki, dəyərləndirmə aparılarkən bir çox amillər - futbolçunun müqavilə müddəti, klubunun çıxışı, fərdi oyunu, yaşı, meydandakı mövqeyi və milli komandadakı çıxışı nəzərə alınır.


Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___