Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qətərin birinci ledisi olan DÜŞMƏN QIZI: İNANILMAZ FAKTLAR - FOTOLAR
Tarix: 12-06-2017 | Saat: 19:16
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər

Qətərin birinci ledisi olan DÜŞMƏN QIZI: İNANILMAZ FAKTLAR - FOTOLAR
Qətərin dəmir ledisi 57 yaşlı Şeyx Moza qarderobunda 4 min cüt “Cristian Louboutin” ayaqqabı kolleksiyası olduğunu etiraf edib. Dəbdəbəli geyinməyi xoşlayan Qətərin birinci ledisi bu xüsusiyyətinə görə bədxərclikdə ad-san çıxarmış kraliça Mariya Antoinetta ilə, cəsarətli və mübariz ruhuna görə isə Janna Dakrla müqayisə edilir.
Qətərlə bağlı baş verən hadisələrdən sonra ölkənin birinci xanımı da gündəmin əsas mövzularından biri olub. Odur ki, biz bu yazıda oxucuları Qətərin birinci ledisi ilə yaxından tanış etməyə qərar verdikik.
Düşmən gəlini
Vahanın demir lady’si
1959-cu ildə Qətərin Əl-Xor şəhərində anadan olan Şeyx Moza Bint Nasir Əl Misned dünyanın ən nüfuzlu qadınlarından biridir. Şeyx Moza 1986-1990-cı illərdə Qətərin Milli universitetinin sosiologiya fakültəsində təhsil alıb, daha sonra isə ABŞ-ın aparıcı universitetlərində təcrübə keçib.
Gənc qız gələcək həyat yoldaşı şeyx Təmim bin Həməd əl Tani ilə universitenin birinci kursunda oxuyarkən tanış olub. Qatı müxalifətçi qızı olan Şeyx Moza 18 yaşında atasının düşməni olduğu irəli sürülən - Qətərin hazırkı dövlət başıçısı ilə ailə qurmağa razılıq verib.
Muzanın atası, qatı müxalifətçi Nasir əl Misned rejim əleyhinə çıxışlarına görə həbsə atılmış, daha sonra sürgünə göndərilmişdi. Muza atasını 1977-ci ilə qədər görməyib. Nasir əl Misned cütlüyün toyuna bir neçə gün qalmış azadlığa buraxılır və vətənə dönməsinə icazə verilir. Şübhəsiz ki, həm Qətər vəliəhdi həm də Moza ilə sırf diplomatik məqsədlərlə ailə qurmağa razı olmuşdular. Şeyx Təmim bin Həməd əl Tani qarşısına ilk növbədə müxalifətçi ilə qohum olmağı, bununla da uzun illər aralarında davam edən düşmənçiliyə son vermək istəmişdi. O, nəinki öz istəyinə nail olur, eyni zamanda ictimai-siyasi məsələlərdə ona məsləhətlər verən güclü qadınla tanış olur.

Şeyx Moza isə həm ailəsinə, həm də bütün dünyaya sübut edə bildi ki, müsəlman qadını əri ilə çiyin-çiyinə verib ölkəsi üçün böyük işlər görə bilər. Bu qadın həqiqətən də ölkəsində güc mərkəzlərinin dəyişməsini təmin edə bilir. Həyat yoldaşı bin Xəlifə əl Tani 1995-ci ildə öz atasını qəzasız-bəlasız çevrilişlə devirib, hakimiyyətə keçir. Beləliklə, Şeyx Moza atasının islahat xəyallarını bir-bir həyata keçirməyə başlayır.
Kıvanç Tatlıtuğ ilə görüşmək istədi, amma...
Vahanın demir lady’si
2009-cu ildə Əminə Ərdoğan Qətər ziyarətinə jest olaraq Şeyx Mozanın ən sevdiyi "Gümüş” serialının baş rol qəhrəmanı Songül Odeni aparmışdı. 2011-ci İstanbula gələn Moza Çırağan Sarayında Tatlıtuğ ilə çay içmək istəmiş, lakin aktyor xaricdə olduğu üçün onun istəyi reallaşmamışdı.
Öz ölkəsinin bəzəyi
Yeri gəlmişkən, Şeyx Moza əl Taninin üç arvadından ikincisidir. Şeyx Təmim bin Həməd əl Taninin 3 həyat yoldaşından yalnız biri – Şeyx Moza mühüm siyasi hadisələrdə ərini müşayiət edir. Məhz Şeyx Moza digər arvadlarının fonunda xeyli fərqlənir. Görünür, əmir siyasi səbəblərə görə, evlənməsinə baxmayaraq, ancaq Mozanı öz ölkəsinin bəzəyi hesab edir.
Şeyx Moza əri Təmim bin Həməd əl Taninin hakimiyyətə gəlişi ilə cəmiyyətdə qadınların vəziyyətini yüngülləşdirən bəzi islahatlar həyata keçirir. Məsələn, qadınlara səsvermə hüququ verilir. Onlar həmçinin avtomobil idarə etmək hüququnu ələ edirlər. Xanım şeyx Moza 1995-ci ildə Qətər Elm, Təhsil və İctimai İnkişaf Fondunun sədri olur. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və Ailə Məsələləri Üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışır. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilir. Hazırda o, Veil Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür.

2003-cü idlə CBS kanalında yayımlanan "60 dəqiqə” proqramına əri ilə birlikdə qonaq olan Şeyx Moza Qətərin demokratikləşmə yolundakı addımlardan danışıb. “Huffungton Post” qəzeti Şeyx Mozanın bu çıxışını belə təhlil etmişdi: "Əmirin yanındakı işıq saçan müqəddəs varlıq ilk görüşdə hər kəsi təsiri altına almağı bacarıb. Şeyx Moza yalnız ölkəsinin deyil, dünyanın birinci xanımı ola biləcəyini sübut edir".
Son günlərdə adı qalmaqallarda hallanan Şeyx Moza Bint Nəsir haqqında “Wikileaks”də qətərlilərin gözündə həyatlarını yaxşılığa doğru dəyişən qadın qəhrəman kimi təsvir edilib.
Ən yaxşı giyinənlər siyahısında

Dünyanın ən bahalı brendlərinə xüsusi geyimlər sifariş verən Moza mütəmadi olaraq dünyanın ən gözəl geyinən qadınlarının siyahısına başçılıq edir, eləcə də ərəb dünyasının ən nüfuzlu nümayəndələrindən biri sayılır. Mühafizəkar tərzi olsa da, dünyanın ən tanınmış moda evlərinə geyimlər sifariş verən Moza qısa müddətdə dəb aləminin də diqqət mərkəzində olmağı bacarır. Dəb jurnallarında dəfələrlə Qətərin biricini xanımının Karla Bruni, Keyt Middleton kimi nüfuzlu xanımları kölgədə qoyduğu barədə məqalələr yazılıb. “Vanity Fair” db jurnalının reytinqə əsasən o, üç dəfə "Ən yaxşı geyinən” birinci xanımlar siyahısına daxil olub. Hətta çalmalar onun sayəsində yenidən dəbə minib.
Moda dünyasının hamisi

1995-ci ildə həyat yoldaşı ilə qurduqları Qətər Fondu sayəsində ölkəsini müasir incəsənət və təhsil mərkəzinə çevirmək üçün əlindən gələni edən Şeyx Moza iqtisadi böhran olduğu bir vaxtda moda dünyasının hamisini vəzifəsini də öz üzərinə götürür. Belə ki, 2012-ci ildə nəhəng moda evi “Valentino”nu 850 milyon dollara alır, eyni zamanda “LVMH” qrupunda hissə sahibi olur.
2013-cü ildə Qətər əmirinin taxtını könüllü olaraq oğul Təmin bin Həmid əl Taniyə təhvil verdikdə Şeyx Mozanın daha siyasi və ictimai fəaliyyətinə son verəcəyi düşünülürdü. O, ərinin taxıtını oğluna verməsini açıqlamasında belə izah edib:
“Ərimin yanına görüş təyin edərək getməyi o qədər də xoşlamırdım. Belə daha yaxşıdır". Ancaq saraya yaxın mənbələr iddia edir ki, Bin Xəlifə əl Tani öz vəzifələrini oğluna tamamilə təslim etmədiyib.
Pulumuzu nəyə xərclədiyimizi bilirik

Şeyxin 30 yaşlı qızı Mayassa da sənət dünyasının ən görkəmli qadınlarından biri kimi tanınır. Ana-qız Qətər Muzeyinin kolleksiyası üçün bir tabloya 250 milyon dollar ödəyib. Onların bu addımı mətbuatda kəskin tənqid olunsa da, Moza “Financial Times”a verdiyi açıqlamada xərclərilə bağlı bu cavabı verib: "Mediada çox pulu olan, bununla nə edəcəyini bilməyən ağılsızlar kimi təqdim olunuruq. Çox şükür imkanlarımız var, amma pulumuzu hara xərcləmək lazım olduğunu da yaxşı bilirik".
İndi isə Qətər gündəmini tablolar, moda evləri deyil, blokadalar, siyasi böhranlar məşğul edir. Ölkəsini modernləşdirilmək üçün əri ilə müxtəlif problemlərin öhdəsindən gələn Şeyx Mozanın son məsələləri necə həll edəcəyini isə zaman göstərəcək.
(publika.az)





Xəbəri paylaş

1 3448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___