Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Köpə səbəb olan MƏHSULLAR. SİYAHI
Tarix: 11-06-2017 | Saat: 23:29
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

b_520_0_16777215_0___images_stories_Maraqlixeber_meteorizm_4.jpeg
Bəzi qida məhsulları var ki, onların çoxlu miqdarda istehlakı xoşagəlməz hallara (köp, meteorizm, qarın ağrısı) səbəb ola bilər.
Belə məhsulların qəbulu nəticəsində bağırsaqlarda qıcqırma prosesləri xeyli sürətlənir ki, nəticədə çoxlu qaz ifraz olunur. Bağırsaqlar şişir və bu da ağrılara və sancılara səbəb olur.
Köpə səbəb olan məhsullar bunlardır:
- Kələmin bütün növləri. Həll olunmayan qidalı liflər və kükürdlə zəngin olan kələm köpə səbəb olan əsas məhsuldur. Bu xüsusilə çiy kələmə aiddir. Termik emaldan (bişirilmə, pörtlənmə) sonra kələmin bu xüsusiyyəti azalır.
Nəzərə almaq lazımdır ki, güclü xərçəng əleyhinə və bir çox digər qiymətli  xüsusiyyətlərə  malik olan kələmin bütün növləri çox faydalıdır. Bağırsaqlarda köpün qarşısını almaq üçün kələmi az miqdarda və ya minimal termik emaldan sonra istehlak etmək lazımdır.
- Paxlalar (noxud, lobya, mərci). Bu da çox qiymətli qida məhsuludur. Mənfi təsirini azaltmaq üçün hazırladıqdan əvvəl paxlaları bir neçə saat ərzində suda saxlamaq lazımdır.
- Süd. Bir çox böyüklərdə süddə olan laktozaya qarşı dözümsüzlük var ki, bu da köpə səbəb olur.
Təbii süddən fərqli olaraq süd məhsulları (kəsmik, yoqurt, qatıq və s.) orqanizm tərəfindən daha asan mənimsənilir. Süd istehlakından sonra köp, meteorizm, ağrılar əmələ gəlirsə, süddən imtina edib rasiona süd məhsullarını daxil edin. Süd məhsulları bağırsaqların normal fəaliyyəti üçün vacib olan südturşulu bakteriyalar və həmçinin sümük və əzələlər üçün (o cümlədən, ürək əzələsi üçün) vacib olan kalsiumla zəngindir.
- Təzə mayalı un məmulatları (bulka, piroq, pirojki və s.). Bu məhsulların tərkibində olan maya bağırsaqlarda qıcqırma proseslərinə səbəb olur. Bu məhsulları qidalanmada minimum həddə çatdırın ki, bu məhsullar artıq çəkiyə səbəb olur.
- Pivə və kvas. Bunun da səbəbi tərkibində mayanın olmasıdır.
- Şirin qazlı içkilər. Bu içkilər olduqca ziyanlıdır. Araşdırmalar gösrərir ki, bu içkilər beyinə ziyan vurur, mübadilə proseslərini pozur, piylənmə və şəkərli diabetin riskini artırır, sümüklərdən kalsiumun yuyulmasına səbəb olur, mədənin turşuluğunu artırır.
(saglamolun.az)


Xəbəri paylaş

1 4128 dəfə oxunub.

Digər xəbərlər
13-11-2020, 15:14 Messi PSJ-də oynayacaq?

bütün xəbərlər
____ Instagram ___