“Futbolu atası deyilik ki... ” – Ramil Şeydayev
Tarix: 11-06-2017 | Saat: 11:15
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər
Şimali İrlandiya ilə matça start heyətində başlayan və son dəqiqədə əvəzlənən millimizin hücumçusu Ramil Şeydayev oyunsonrası “mix-zona”da apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Dramatik oyun haqda nə demək istərdiniz?
- Yaxşı oynadıq. Bunu izləyənlər də təsdiqləyə bilər. Bəlkə də əla çıxış etdik. Bu cür oyunlarda qələbə qazanmaq, 3 xal əldə etmək lazımdı. İmkanlarımız oldu, təəssüf ki, “çərçivə”yə düşə bilmədik. Əvəzində son dəqiqədə qapımızdan qol buraxdıq.
- Qələbə üçün nə çatmadı?
- Birincisi, bu cür oyunlarda qələbə qazanmaq istəyirsənsə, əldə etdiyin fürsətləri düzgün qiymətləndirməli, qol vurmalısan. Bunun üzərində çalışmalıyıq.
- Öz oyununuzdan necə, razı qaldınız?
- Üzərimdə daha çox işləməliyəm.
- Bugünkü məğlubiyyəti millimizin ən acınacaqlı yenilgisi adlandırmaq olarmı?
- Bəli, elədir ki var. Bu fikirlə razıyam. Hətta 100 faiz razıyam.
- Nəticəni ədalətsiz hesab edirsiniz?
- Deməzdim ki, nəticə ədalətsizdi. Allah bilən məsləhətdi.
- Qrupdan çıxmaq şanslarımız xeyli azaldı, deyə bilərikmi?
- Əlimizi yanımıza salmayacağıq. Hələ qarşıda oyunlarımız var. Hər birində meydana çıxıb, mübarizə aparacağıq. Öz adımıza, qohumlarımızın adına, ölkənin adına mübarizəmizi sona qədər davam etdirəcəyik. Futbolu atası deyilik ki! Bakıda hələ iki oyunumuz var. “Niyə də yox?!”
- Növbəti mövsümü hansı klubda keçirəcəksiniz?
- Slovakiyada karyeramı davam etdirəcəm. Yenə “Jilina”nın uğurları üçün çalışacam.
Xəbəri paylaş
6968 dəfə oxunub.
Digər xəbərlər

29-04-2016, 15:33
Azərbaycanlı gənc 246 illik teoremi təkmilləşdirdi
9-06-2016, 15:40
Rusiya NATO-dan yox, neftdən qorxur
8-09-2016, 11:51
"iPhone 7"nin Azərbaycanda satış qiyməti məlum oldu
3-03-2020, 10:40
Əhəd Abıyevin qardaşı işdən çıxarıldı
2-05-2019, 20:58
Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanı keçirilib
25-09-2017, 15:48
ŞOK XƏBƏR: Bakıda saxlanılan transseksuallarda QİÇS və SİFİLİS tapıldı - NAZİRLİK TƏSDİQLƏDİ
9-12-2017, 18:23
Mir Şahin yeni telekanal açır
19-04-2016, 14:36
Ermənistanda yoxsulluq səviyyəsi 76 faizi keçdi
31-08-2021, 10:00
Emin Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək
8-08-2016, 14:12
Aktyor Fərda Xudaverdiyev bıcaq altına...