Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyənin səhiyyə naziri: “Natiq Əliyevin vəziyyəti son dərəcə ağır idi”
Tarix: 10-06-2017 | Saat: 00:36
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər



Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə danışıb.
 
İstanbulda səhiyyə xidmətlərinin dəyərləndirilməsi toplantısından sonra jurnalistlərə açıqlama verən nazir deyib ki,Natiq Əliyev Türkiyəyə ağır vəziyyətdə çatdırılıb: “Bir neçə gün əvvəl Azərbaycan tərəfindən bir müraciət edildi. Bir burdan ambulans təyyarəsini göndərdik və dəyərli nazirimizi, qardaşımızı Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır vəziyyətdə gəlmişdi Türkiyəyə. Vəziyyəti son dərəcə ağır idi”.
 
Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyədə dünyasını dəyişib. Mərhumun nəşi iyunun 10-da Bakıya gətiriləcək və II Fəxri Xiyabanda torpağa tapşırılacaq.


Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___