Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu qız 6 manata görə həbsxanaya düşdü - HAMI ONDAN DANIŞIR
Tarix: 09-06-2017 | Saat: 16:26
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Dünən Daxili İşlər Nazirliyi Bakıda baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb. Cinayətdə iştirak etdiyinə görə tutulmuş Səidə Kərimovanın fotosu sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Çoxları onun xarici görünüşünü, bəziləri isə üzərindəki kiçik xəsarətləri müzakirə edir.
 Əslən Şəmkir rayonundan olan Səidə Kərimovanın 23 yaşı var. O, cinayəti tanışı İsrafil Hüseynovla birgə törədib. Belə ki, dostlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və “Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tutmağı bacarıb. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.
 
Maraqlıdır ki, cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.
 
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.





Xəbəri paylaş

7898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___