Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu küçədə insan öldü, yoxsa insanlıq? - VİDEO - FOTO
Tarix: 09-06-2017 | Saat: 13:57
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər


Piyada keçid zolağı ilə yolu keçən qadın ani olaraq fikrə gedib. Yolun ortasında durmuş qadını taksi vuraraq yerə sərib. Qadın piyada zolağının yanında, asfaltın üzərində idi. Zolaqdan keçməyə başlayan piyadalar, yolla hərəkət edən avtomobillərin sürücüləri, sanki, heç nə olmamış kimi davranıblar.
Xəbəraz.az Beijing Times-a istinadən bildirir ki, yerə yıxılan, ağır travmalar almış qadına kimsə yardım etməyib, kimsə hadisə yerinə təcili yardım çağırmayıb. Hətta yolda avtomobillərin hərəkəti belə, dayanmayıb.
Olay Çinin Henan vilayətindəki çjumadan şəhərində, Çjifan və Syueyuan küçələrinin kəsişməsində baş verib.
Taksinin vurub yerə sərdiyi qadın 26 yaşlı Ma Fen idi.
Ma aldığı zərbədən huşunu itirsə də, bir müddət sonra qalxmağa çalışıb.
Lakin qolları və ayaqları qırılan qadın ayağa dura bilməyib.
Bu zaman krossover modelli bir avtomobil onun üzərindən keçib və Ma Fen həlak olub.
Polis olayı araşdırmağa başlayıb.
Manı vuran avtomobillərin sürücüləri tapılıb, onlar haqqında istintaq başlanıb.
Çindəki sosial şəbəkələrdə bu olayın videosuna on milyonlarla insan baxıb.
Şərhlərin əksəriyyətində Ma Fenin yerdə sərilib qaldığı, can verdiyi anlarda onun yanından etinasızcasına keçən insanlar hiddətlə qınanılıb.



Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___