Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mingəçevirdə kişi ailəsini niyə qətl etdi? - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
Tarix: 09-06-2017 | Saat: 12:49
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



 Mingəçevir şəhərində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Xəbəraz.az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Nəsimi küçəsi 31 ünvanında baş verib.
Belə ki, şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Ağa oğlu Hüseynov həyat yoldaşı, 1980-cı il təvəllüdlü Aynurə Abbasovanı və iki azyaşlı övladını - 2010-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı qətlə yetirib.
Qətlə yetirilən qadının qohumları report-a bildiriblər ki, hadisə qısqanclıq zəmində baş verib: "Lazım Hüseynov özündən 20 yaş kiçik olan A.Abbasovanı 18 yaşında olarkən qaçırıb və ailə qurub. Bu izdivacdan onların iki övladı olub. Əvvəllər mehriban idilər. Lakin sonradan Lazım Hüseynov narkotik vasitələr qəbul etdiyindən ailədə tez-tez münaqişələr olurdu. Sonra Lazım həbs edildi. Həbsdən çıxandan sonra bilmirik nə eşidib, nə deyiblər ona, gəldi bu hadisəni törətdi".
Qətlə yetirilən ana və iki övladın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. Məlum olub ki, L.Hüseynov arvadının və hər iki övladının başına küt və ağır alətlə vurduqdan sonra bıçaqla onların boğazını kəsib.
Hadisədən sonra L.Hüseynov könüllü olaraq polisə təslim olub. 
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
---------
10:41
Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.
Xəbəraz.az-ın report-a istinadən məlumatına görə, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.
-----------
10:14
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.
Xəbəraz.az-ın report-a istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində baş verib.
Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını qətlə yetirib.
Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib. 



Xəbəri paylaş

8938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___