Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kamal Abdulla qaydaları dəyişdi - Narazı tələbələrlə bağlı islahatlar
Tarix: 08-06-2017 | Saat: 20:17
Bölmə:Karusel / Təhsil | çapa göndər

Kamal Abdulla qaydaları dəyişdi

Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.
Xəbəraz.az”ın lent.az-a istinadən xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.
 
Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir:
 
- Yay məktəbi tam pulsuz olacaq;
- Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq;
- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq;
- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq;
- Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq;
- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları gətirib verəcək;
- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq;
- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq;
- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək;
- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.


Xəbəri paylaş

7668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___