Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızıldaşda dəhşətli qətlin üstü açılmır: 13 yaşlı Toğrul öldürülüb? – TƏFƏRRÜAT
Tarix: 07-06-2017 | Saat: 13:28
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində bu ilin martında baş verən ölüm hadisəsinin üstü indiyə qədər açılmayıb. 2004-cü il təvəllüdlü Toğrul Sultanovun qətlinin sifarişçisi və icraçısı hələ də azadlıqda gəzir. 13 yaşlı uşağın atası Zaur Sultanov Qaradağ rayon Prokurorluğu və Qaradağ rayon Polis İdarəsinin istintaq hərəkətlərindən narazıdır. Onun sözlərinə görə, oğlunun ölümündə şübhələndiyi şəxslərin adlarını, səs yazılarını, dəlil-sübutları hüquq-mühafizə orqanlarına təqdim edib.
Xəbəraz.az-ın məlumatına görə, Z.Sultanov bakupost a bildirib ki, prokurorluğa və polisə verdiyi faktlara baxmayaraq, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb:  “Toğrul sakit bir uşaq idi. Günün çox vaxtı da evdə olardı. Yəni çöldə-bayırda çox gəzən, oynayan, vaxtını orda-burda keçirən uşaq deyildi. Bunu ona görə deyirəm ki, küçədə-bayırda çox dolaşan uşaq olsaydı, fikirləşərdim ki, özündən yaşca böyük uşaqlarla oturub-durub, kiminləsə dava edib, ya kiməsə ağır söz deyib, onu vurublar. Mənim balam sakit uşaq idi”. 
Mərhumun atası deyir ki, oğlu martın 15-də evdən çıxıb və bir daha geri qayıtmayıb: “Polisə müraciət etdik ki, uşaq yoxdur. Axtarışlardan sonra qəsəbədən 400 metr aralıda gölməçənin qırağında meyitini tapdıq. Heç ona gölməçə də demək olmaz, orada dizə qədər də su yoxdur. Uşağı götürüb ekspertizaya apardıq. Tibbi ekspertizanın da rəyi də belə oldu ki, Toğrul öldürülüb”. 
Z.Sultanov hadisənin söyüş üstündə olduğunu bildirib: “Bu işə qədər bizi hədələyən adamlar var idi. Elə bizim qəsəbədə yaşayırlar. Bu söz-söhbət də ailə münaqişəsi üstündə yaranıb. Mənim qaynımla həyat yoldaşı boşanıblar. Qızı boşayan tərəf də atasıdır. Yəni, qaynım boşanmaq üçün addım atmayıb. Bu boşanmadan sonra ədavət davam elədi. Mən bu münaqişənin səbəblərini detallı açıqlamaq istəmirəm. Çünki istintaq gedir. Sadəcə, qaynım kasıb, atasız uşaq idi. Onu, demək olar ki, mən böyütmüşəm, bir ağsaqqal kimi qabağa düşüb elçi getmişəm. İndi bu boşanma olandan sonra da həmin ailə ilə münasibətlərimiz pis oldu. Axırı da belə nəticələndi. Məndən acıq çıxmaq, qisas almaq üçün uşağı öldürüblər. Həmin gün uşaq söyüş söyüb ki, anamla elə danışa bilməzsən. O da deyib ki, gör başına nə oyun açacam. Bu işə göstəriş verən də, oğlumu öldürən də azadlıqda gəzir. Onlardan biri hər gün maşın sürür”. 
Uşağın atası üzləşmə olduğunu qeyd edib: “Üzləşmədən narazı qaldım. Mən bu qədər faktlar təqdim eləmişəm. Ancaq polis bu işin üstünü açmır. Hazırda istintaq getdiyi üçün şübhələndiyim adamların adını mətbuatda açıqlamaq istəmirəm. Bu işdə əli olan adamlar var, uşağın  öldürülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına bir neçə sübutlar, versiyalar təqdim eləmişəm. İstintaqın işi açması üçün telefon yazışmalarına qədər vermişəm. Ancaq heç bir nəticə yoxdur, elə bil ki, bu uşağı öldürməyiblər. Şikayətim də ondandır ki, istintaq düzgün aparılsın və oğlumun qatilləri cəzalandırılsın”.


Xəbəri paylaş

1 0508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___