Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fernando Torresin bir ayağı “Beşiktaş”da!
Tarix: 07-06-2017 | Saat: 12:06
Bölmə:Karusel / İdman | çapa göndər


Gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Beşiktaş” ulduz futbolçu transferinə hazırlaşır.Məlumatına görə, Türkiyə çempionu “Atletiko”nun hücumçusu Fernando Torreslə maraqlanır.

 
“Ağ-qaralar”ın prezidenti Fikrət Orman mətbuata açıqlamasında “bir ulduz futbolçunu havayı gətirə bilərik” deyib. İstanbul nəhənginin diqqət mərkəzində olan oyunçunun “Atletiko” ilə müqavilə müddəti başa çatan Torresin olduğu müəyyənləşib.
 
Madridlilər yeni müqavilə təklif etmədiyindən, 33 yaşlı oyunçu özünə komanda axtarışına başlayıb. Meksikanın “Keretaro” və Çinin “Quyçjou Çjiçen” klubunun da maraq dairəsində olan İspaniya millisinin sabiq üzvü karyerasını Avropada davam etdirmək fikrindədi.
 
İspaniyanın yüksək tirajlı AS nəşri “Beşiktaş”ın Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlamasının Torresin seçiminə ciddi təsir göstərdiyini vurğulayıb. Xəbərdə Çin klubuna “yox” deyən və Meksikaya yollanmaq fikrinə də yaxın durmayan Torresin Türkiyəyə çıxış etmək təklifinə isti yanaşdığı yazılıb.
 
Qeyd edək ki, 2003-2014-cü illərdə İspaniya yığmasının formasını geyinən Fernando Torres “Atletiko” ilə yanaşı, karyerası ərzində “Liverpul”, “Çelsi” və “Milan”ın da şərəfini qoruyub.


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___