Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan şərabçıları "Made in Azerbaijan" brendi ilə dünya bazarına çıxır
Tarix: 06-06-2017 | Saat: 22:04
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Foto-fakt | çapa göndər



Xəbəraz.az xəbər verirki, iyun ayının 5-də SPULT Şirkətlər Qrupunun təşkilatçısı olduğu AR Kənd Təsərrüfatı Nazirliyi, AR İqtisadiyyat Nazirliyi, AŞİİAİB və AzPromonun da iştirakı ilə Hilton Bakı Hotelində “Ümumrespublika Şərabçıları və Pivə İstehsalçıları” adı altında yerli məhsulun keyfiyyətini artırılması və “Made in Azerbaijan” brendinin dünya bazarlarına ixrac etmək məqsədli Seminar keçirilmişdir. Bütün günü davam edən Seminarda 72 nəfər adam iştirak etmişdir. Cənab Prezident İlham Əliyevin 30 May 2017 tarixli “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 604-VQD nömrəli Qanununun tətbiqi və “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən keçirilən bu tədbir Şərab İstehsalçılarının dünya bazarlarına təqdim etdikləri şərabların keyfiyyətinin artırılmasını təmin etməklə yanaşı, xarici bazarlarda onların satışlarını da yüksəltmək məqsədi daşıyır. Seminarda Moskva Dövlət Qida İstehsalı Universitetinin prorektoru, Rusiyanın Əməkdar Şərabçısı adına laiq görülmüş Prof. Nikolay Martinenko və nümayəndə heyəti də iştirak etmişdir. Seminarı başdan sonacan şəxəsən N. Martinenkonun özünün aparması Azərbaycan İstehsalçılarının böyük marağına səbəb olmuşdur. Bir çox verilən suallar öz cavabını tapmışdır. Sonda Bakının dəniz kənarı istirahət mərkəzlərindən birində axşam ziyafəti keçirilmişdir. Ziyafətdə cənab Martinenko Seminarın yüksək səviyyədə təşkil olunmasından razı qaldığını, Bakı şəhərinin gözəlliyindən və Azərbaycan mətbəxinin dadlı təamlarından valeh olduğunu bildirmişdir. Media nümayəndələrinin də iştirakı ilə keçirilən bu tədbir bir çox Televiziya Xəbər Verlişlərində işlıqlandırılmış və İnternet Saytlarında əksini tapmışdır. Qeyd etmək istərdik ki, SPULT Şirkəti Azərbaycan Qida Sənayesi İstehsalçılarının istehsal gücünü artıqmaq və hazır sağlam məhsulun alınması sahəsində köməklik məqsədi ilə bu cür tədbirləri mütəmadi olaraq təşkil edir. Tədbirdən çəkilən şəkilləri diqqətinizə çatdırırıq:



Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___