Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda sevgilisi tərəfindən öldürülən qızın ailəsi axtarılır - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Tarix: 06-06-2017 | Saat: 13:02
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində öldürülən qadının şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün olmayıb.
Xəbəraz.az lent.az-a istinadən xəbər verir ki, iyunun 3-də 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin evində meyiti tapılan 30-35 yaşlı həmin qadının adının Arzu olduğu bildirilsə də, onun şəxsiyyətini tam müəyyənləşdirmək alınmayıb.
Bildirilir ki, S.Vorobyov həmin qadınla mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olublar. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorabyov deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistandan doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorabyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb. 
 
Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən Sergeylə bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. S.Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb. 
 
Qeyd edək ki, yaxın qohumları və ailə üzvrləri tapılmadığından sevgilisi tərəfindən öldürülən qadın hələlik dəfn edilməyib.


Xəbəri paylaş

8218 dəfə oxunub.

Digər xəbərlər
12-11-2022, 12:35 Bazar gününün HAVAsı

bütün xəbərlər
____ Instagram ___