Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Temperatur 35 dərəcəyə yüksələcək – SABAH
Tarix: 06-06-2017 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər




İyunun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə,  sabah havanın temperaturu gecə 16-19, gündüz 26-31°, Bakıda gecə 17-19°, gündüz 28-30° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam və gecə ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 15-20°, gündüz 30-35°, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.
 
 
Tibbi-meteoroloji proqnoza gəlincə isə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 





Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___