Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arda “Barselona”da qalacaq
Tarix: 05-06-2017 | Saat: 22:09
Bölmə:Karusel / İdman | çapa göndər


“Barselona”nın türkiyəli futbolçusu Arda Turanın karyerası ilə bağlı müəmmalı duruma aydınlıq gəlib. apasport.az saytı xəbər verir ki, adı müxtəlif klublarla birgə hallanan 30 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisindən ayrılmayacaq.
 
Bu barədə xarici mətbuata açıqlamasında Ardanın agenti Ahmet Bulut məlumat verib. O, təcrübəli futbolçunun “Barsa”dan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib: “Arda heç yerə getmir. Rəhbərlik ondan razıdı. Biz Ardanın başqa kluba keçidini müzakirə etməmişik. Mətbuatda çıxan şayiələr müştərimi bezdirib. “Barselona” rəsmiləri də bu cür söz-söhbətlərdən məmnun deyillər”.
 
Bulut söhbət əsnasında Ardanın “Barselona”da müqavilə müddətinin sonuna qədər, yəni 2020-ci ilə kimi qalacağını əlavə edib.


Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___