"Jurnalistlərə evlərin verilməsi zamanı kollektivin sayı nəzərə alına bilər"
Tarix: 05-06-2017 | Saat: 13:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov bu dəfə işin MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən görüləcəyini söyləyib: "Məncə, keçən dəfə biz bu məsələni layiqincə yerinə yetirdik. Evləri obyektiv bölüşdürdük və heç bir səs-küy də olmadı. Hesab edirəm ki, bu dəfə də elə olacaq. Lakin bu dəfə evlərin sayı çox olduğundan biz belə qərara gəldik ki, yalnız MŞ deyil, KİVDF, MTRŞ da bu işə cəlb edilsin. Artıq 3 qurumun birgə komissiyasını yaratmışıq. Bu komissiya tərəfindən sənədlər qəbul ediləcək".
Ə.Amaşov əlavə edib ki, bu dəfə fəaliyyətin daha obyektiv olması üçün redaksiyaların təqdim etdiyi namizədlərin sayının artırılması qərara alınıb:
"Məsələn, telekanallara ən çoxu 5 evin verilməsi nəzərdə tutulurdusa, onlar indi 10 namizəd verə bilərlər. Gündəlik qəzetlərdə bu rəqəm 3 idisə, namizədlərin sayı indi 6 ola bilər. Namizədlər verildikdən sonra sənədlər PA-ya təqdim olunacaq. Bu evlər, əsasən, PA tərəfindən müəyyənləşdirilmiş şəxslərə bağışlanacaq".
Ə.Amaşov bildirib ki, təqdim ediləcək namizədlərdən konkret neçəsinə evin veriləcəyi hələ bəlli deyil. Bununla bağlı konkret say həddi müəyyənləşdirilməyib.
MŞ sədri qeyd edib ki, evlərin verilməsi zamanı say müəyyənləşdirilərkən kollektivin sayı da nəzərə alına bilər: "Agentliyin 6 namizədi olursa, onun təqribən 3-nə ev veriləcək. Ancaq, hələ ki, sayı dəqiq demək olmur. Məsələn, "Azərtac"ın yüzdən çox işçisi var. Çox güman ki, KİV-dəki jurnalistlərin, kollektivin sayı da nəzərə alınacaq".
Qeyd edək ki, jurnalistlər üçün yeni tikilən binalarda mənzil almaq üçün televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Müvafiq sənədlər 2017-ci il mayın 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir.
Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.trend
Xəbəri paylaş
5748 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-06-2017 | Saat: 13:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Jurnalistlər üçün yeni tikilmiş binadakı mənzillər əsasən, Prezident Administrasiyası tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq.Bunu Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov bu dəfə işin MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən görüləcəyini söyləyib: "Məncə, keçən dəfə biz bu məsələni layiqincə yerinə yetirdik. Evləri obyektiv bölüşdürdük və heç bir səs-küy də olmadı. Hesab edirəm ki, bu dəfə də elə olacaq. Lakin bu dəfə evlərin sayı çox olduğundan biz belə qərara gəldik ki, yalnız MŞ deyil, KİVDF, MTRŞ da bu işə cəlb edilsin. Artıq 3 qurumun birgə komissiyasını yaratmışıq. Bu komissiya tərəfindən sənədlər qəbul ediləcək".
Ə.Amaşov əlavə edib ki, bu dəfə fəaliyyətin daha obyektiv olması üçün redaksiyaların təqdim etdiyi namizədlərin sayının artırılması qərara alınıb:
"Məsələn, telekanallara ən çoxu 5 evin verilməsi nəzərdə tutulurdusa, onlar indi 10 namizəd verə bilərlər. Gündəlik qəzetlərdə bu rəqəm 3 idisə, namizədlərin sayı indi 6 ola bilər. Namizədlər verildikdən sonra sənədlər PA-ya təqdim olunacaq. Bu evlər, əsasən, PA tərəfindən müəyyənləşdirilmiş şəxslərə bağışlanacaq".
Ə.Amaşov bildirib ki, təqdim ediləcək namizədlərdən konkret neçəsinə evin veriləcəyi hələ bəlli deyil. Bununla bağlı konkret say həddi müəyyənləşdirilməyib.
MŞ sədri qeyd edib ki, evlərin verilməsi zamanı say müəyyənləşdirilərkən kollektivin sayı da nəzərə alına bilər: "Agentliyin 6 namizədi olursa, onun təqribən 3-nə ev veriləcək. Ancaq, hələ ki, sayı dəqiq demək olmur. Məsələn, "Azərtac"ın yüzdən çox işçisi var. Çox güman ki, KİV-dəki jurnalistlərin, kollektivin sayı da nəzərə alınacaq".
Qeyd edək ki, jurnalistlər üçün yeni tikilən binalarda mənzil almaq üçün televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Müvafiq sənədlər 2017-ci il mayın 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir.
Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.trend
Xəbəri paylaş
Digər xəbərlər
27-11-2016, 09:32
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
9-06-2016, 16:21
Xəbərdarlıq: Bu rayonlarda sürüşmə gözlənilir
29-01-2016, 20:48
İnternet mediaya dövlət tərəfindən maliyyə yardımı ayrıla bilər
25-06-2017, 16:33
Prezident yeni salınan yolun açılışında iştirak edib - Fotolar
28-04-2016, 17:51
İsrailli ekspert: “Azərbaycan sübut etdi ki…”
7-11-2022, 12:22
Bakıda daha bir obyekt bağlandı - Natəmiz yerdə təmizlik vasitələri istehsal edilir
28-10-2016, 17:18
3 milyon dollarlıq büstqalter: onu kim geyinəcək? - FOTOLAR
21-04-2022, 12:17
GÖYGÖL TƏHSİLİNİN “QARA QUTUSU” - Salman Balakişiyev “müdir boşluğu”ndan yararlanaraq, rayonda çoxsaylı qanunsuzluqlarla məşğuldur
11-05-2017, 12:12
İslamiadada qalib idmançılar üçün mükafatlar müəyyənləşdi - SƏRƏNCAM