Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Şamaxı yolunu sel apardı - Polis sürücüləri xilas etdi (VİDEO)
Tarix: 02-06-2017 | Saat: 13:50
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər


 Ötən gün axşam saatlarında yağan güclü leysan yağışından sonra Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb.
apa tv xəbər verir ki, dağlardan gələn sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq yolun ortasında gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.
Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Körpünün altındakı suötürücüsü lil ilə dolduğu üçün sel sularını ötürə bilməyib, su yolu və ətrafdakı yaşayış məntəqəsini basıb. Evlər və obyektlər su altında qalıb, sel suları körpüyə ziyan vurub. Yol iki saatdan çox bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri və içərisindəki insanlar yol polisi əməkdaşları tərəfindən xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.
Yol polisi əməkdaşları ərazidə avtomobillərin hərəkətinin bərpası üçün lazımi işlər görüb.



Xəbəri paylaş

1 0938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___