Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Canlı yayımda elə hərəkət etdilər ki... - Murad şoka düşdü + Video
Tarix: 02-06-2017 | Saat: 12:07
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Canlı yayımda elə hərəkət etdilər ki...


Tamaşaçılar ötən gün “Maşın” realiti şousunda böyük bir mübahisənin şahidi olub.Aktrisa Pərvin Abıyeva ilə Səidə Sultan arasında qalmaqal yaşanıb.  
Müsabiqənin sonlarına yaxın Səidə iştirakçıların səs üçün müraciət formasını qınayıb: “Hər şeyi qəmli notlara kökləməyin. Nə olar ki, normal formada səs istəyin”. 
Pərvin isə Cavad Rəcəbovun Kənan Mahmudovu çıxaracağından ehtiyat edərək dostu üçün səs istəyib:
 “Mənə maraqlıdır ki, Səidə özünə necə səs istəyəcək? Səsvermənin qaydaları var. Kənanın yerində mən təhlükədəyəm. Hamıdan səs istəyirəm. O getsə, elə bilin mən getmişəm”. 

Səidə isə yerdən onun sözlərinə “Ay Allah” deyərək söz atıb. Pərvin əsəbiləşərək müğənninin söz atmasına sərt reaksiya verib. Həmin mübahisə zamanı hər iki iştirakçının mikrofonu söndürülüb. Davaya aparıcı Murad Dadaşov müdaxilə edib. O, aktrisanın əlini tutaraq ona mane olmağa çalışıb. Kadrlardan Murad Dadaşovun iki məşhurun söz davasından şoka düşdüyü hiss olunur.
Nədənsə, efirlərdə, mediada öz sakitliyi ilə diqqət çəkən, qalmaqallardan uzaq gəzən Pərvinin bu görüntüləri hər kəsin təəccübünə səbəb olub.  Sosial şəbəkələrdə aktrisanın hərəkəti tənqid atəşinə tutulub, əsl üzünün açıldığını bildiriblər. 
Abıyeva bundan sonra rəsmi instaqram hesabında geniş bir açıqlama yayıb:
Bu gün  yaşananlara görə hər kəsdən üzr istəyirəm. Mən orda göründüyü kimi həyasız və ləçər biri deyiləm. Məni o həddə çatdırdılar. Nevroz xəstəsi olduğum üçün yarışmadan əvvəl psixoloqla danışıb sakitləşmişdim. Bu proqramın qayda, qanunları var. Bu qanunlara uyğun olaraq ailəyə, şəxsiyyətə toxunmaq olmaz. Mən danışdığım yerdə Səidə xanım öz doğma qardaşıma söz atdı. Mənim ailəmə heç kim dil uzada bilməz. Nəzərinizə çatdırım ki, efirdə söyüş olmayıb. Nə məndən, nə də ki, qarşı tərəfdən”.
Sözügedən görüntüləri 1 saat 36-cı dəqiqədən izləyə bilərsiz:



Xəbəri paylaş

1 3238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___