Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Maşın" şoudakı bu iştirakçılar realda küsülüdür
Tarix: 01-06-2017 | Saat: 17:32
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Maşın" şoudakı bu iştirakçılar realda küsülüdür

Artıq bir neçə gündür ki, “Maşın” realiti-şousu yayıma başlayıb.
Şouda bir çox maraqlı və gərgin anlar yaşanır. Diqqət çəkən məqamlardan biri isə küsülü məşhurların bu şouda üz-üzə gətirilməsidir.
Belə ki, “Maşın”da yarışmacı olan Fərda Xudaverdiyev və İslam Mehrəliyev Azər Zahidlə küsülüdür. Onlar arasındakı gərginlik oyun boyunca da hiss olunur. Aktyorlarla aparıcı arasındakı küsülülüyə “Yanlış anlama” filmi səbəb olmuşdu. A.Zahid türkiyəli rejissorların lentə aldığı filmin ideyasının ona aid olduğunu bildirmiş, onları oğurluqda günahlandırmışdı. Aparıcı ekran işində çəkilmək üçün İslam və Fərdaya müraciət etdiyini də demişdi. Azər aktyorların onu aldadan rejissorlarla iş birliyinə əsəbiləşmiş və onlardan incimişdi.
Şouda küsülü olan digər şəxslər isə prodüser Tarix Əliyevlə (Tolik) rəqqasə Oksana Rəsulova idi. Hətta Oksana açıqlamalarının birində keçmiş rəfiqəsi, müğənni Natavan Həbibidən küsmə səbəbinin onun prodüserlə barışması olduğunu demişdi. Maraqlısı odur ki, Toliklə Oksana yarışma boyunca yanyana dayanır.
Küsülü olan digər iştirakçılar isə aparıcı Sərxan Kərəmoğlu və Tolikdir. Onlar sosial şəbəkədə bir-birinə tez-tez söz atır, ünvanlarına tənqidlər yazırdı.

Toliklə müğənni Təranə Qumral arasında da qalmaqal yaşanmışdı. Təranənin sosial şəbəkədə alça fotosu paylaşmasını Tolik tənqid etmişdi.


Xəbəri paylaş

8628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___