Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtomobil ağaca çırpıldı: 2 nəfər öldü, 2 nəfər ağır yaralandı - YENİLƏNİB
Tarix: 01-06-2017 | Saat: 09:48
Bölmə:Karusel / Hadisə | çapa göndər

09:32
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün saat 01:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Məmməd oğlu Ramazanovun idarə etdiyi "VAZ 2109" markalı 62 BH 557 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişin, sürücünün həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan İbo oğlu Muradov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Avtomobildə olan digər sərnişinlər, sürücünün həmkəndliləri 1988-ci il təvəllüdlü Həsrət Cabrayıl oğlu Kərimov və 1977-ci il təvəllüdlü İlqar İslam oğlu Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. 
Qax MRX-dan APA-ya bildirilib ki, onlar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. 
-----------
09:25
Qax rayonu, Dəymədağlı kəndində vətəndaşa məxsus minik avtomobili yanıb.
Qax rayonu, Dəymədağlı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmış, nəticədə avtomobilin yanar hissələri yanıb.
Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.(apa)



Xəbəri paylaş

4918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___