Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Samsung Galaxy S7” ilin sonuna kimi buraxıla bilər
Tarix: 24-06-2015 | Saat: 15:09
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 / Ekskluziv | çapa göndər

“Samsung Galaxy S7” ilin sonuna kimi buraxıla bilər
“Samsung” yeni flaqmanı – “Galaxy S7” smartfonunu bu ilin sonuna qədər buraxa bilər.

Xeberaz.az “Onliner” saytına istinadən verdiyi xəbərə görə, 4 ay əvvəl “S6” və “S6 Edge” modellərini təqdim edən “Samsung”un növbəti modeli gələn ilin əvvəlində buraxması nəzərdə tutulsa da, şirkət öz planlarına yenidən baxmaq qərarına gəlib. Belə ki, rəhbərlik öz flaqman smartfonlarının satışlarından məmnun deyil. Buna “Samsung”dan bir neçə ay əvvəl yeni modellərini bazara çıxaran “Apple” mane olur.

Bu səbəblə Cənubi Koreya şirkəti öz qrafikinə yenidən baxaraq “Galaxy 7” üzərində işi tezləşdirib. Bu addım yeni modeli ilin axırına kimi təqdim etməyə və “Apple”dan ciddi şəkildə geri qalmamağa imkan verəcək. Xatırladaq ki, “Apple “iPhone 6s” və “iPhone 6s Plus” modellərini payızın əvvəlində təqdim etməyə hazırlaşır.
Mənbə: lent.az


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
17-04-2016, 11:27 Gənc aktrisa hicaba keçdi

bütün xəbərlər
____ Instagram ___