Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə yığmasının üzvü “Vilyarreal”a keçdi
Tarix: 31-05-2017 | Saat: 14:26
Bölmə:Karusel / İdman | çapa göndər


Türkiyə millisinin hücumçusu Enes Ünalın yeni komandasının adına aydınlıq gəlib. apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard karyerasını İspaniyada davam etdirəcək.
 
Lakin o, öncədən anlaşdığı deyilən “Valensiya”nın yox, “Vilyarreal”ın formasını geyinəcək. Müqavilə ilə “Mançester Siti”yə məxsus olan 20 yaşlı oyunçunun keçidi La Liqa klubuna 14 milyon avroya başa gəlib. Ünal yeni komandası ilə 4 illik sazişə qol çəkəcək. Bu transfer futbolçunun ilk klubu olan “Bursaspor”a da 1,4 milyon avro qazandırıb.
 
Müqavilədə yer alan bəndə görə, “Mançester Siti” gələcəkdə onu 20 milyon avroya geri qaytara bilər. Ötən mövsümü icarə əsasında “Tvente”də keçirən Enes Hollandiya çempionatında keçirdiyi 32 matçda 18 qola imza atmışdı.
 
Qeyd edək ki, Enes Ünal “Mançester Siti”yə 2015-ci ildə 3 milyon avro müqabilində “Bursaspor”dan keçmişdi.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___