Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Petr Çex: Azərbaycanla oyunun nəticəsi bunu təsdiqləyir
Tarix: 31-05-2017 | Saat: 13:07
Bölmə:Karusel / İdman | çapa göndər




“Millinin oyunlarına televizordan baxmaq mənə qəribə gəlir”. apasport.az saytı xəbər verir ki, bu sözləri “Arsenal”ın çexiyalı qapıçısı Petr Çex deyib.
 
Ölkəsinin mətbuatına açıqlama verən 35 yaşlı qolkiper DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Çexiya yığmasının çıxışını dəyərləndirib.
 
Milli karyerasını ötən il bitirən Çex əvvəlcə bu qərarına toxunub. O, qərarının düzgün olduğunu vurğulayıb: “Yığmanın matçlarını seyr etmək məni silkələyir. Bununla belə, milli karyeramı bitirməklə, doğru qərar verdiyimi hiss edirəm”.
 
Çexiya yığması geridə qalan 5 turdan sonra 8 xal toplayaraq, C qrupunda Almaniya və Şimali İrlandiyadan sonra üçüncü pillədə qərarlaşıb. Bununla bağlı da fikirlərini bildirən Çex söhbət əsnasında Çexiyanın Azərbaycanla oyunda xal itirməsini yada salıb: “Uşaqlar seçmə mərhələdə Şimali İrlandiya və Azərbaycanla matçlarda çətinlik çəkdilər. Hər iki komanda ilə ev qarşılaşmasında qeydə alınan nəticə bunu təsdiqləyir. Həm Şimali İrlandiya, həm də Azərbaycanla heç-heçə etməyimiz bizim üçün yaxşı olmamışdı”.
 
Təcrübəli çərçivə qoruyucusunun fikrincə, Çexiya yığmasının dünya çempionatına vəsiqə qazanmaq şansı özündən asılıdı. Çex gələn ay Norveçlə keçiriləcək görüşün böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb: “Hazırda göstərilən oyun heç də pis deyil. Vəziyyəti dəyişmək şansını əldən buraxmaq olmaz. Hesab edirəm ki, Çexiya növbəti oyunda Norveçə qalib gəlməyi bacaracaq. Turnir cədvəlində liderlərə çatmaq lazımdı”.
 
Qeyd edək ki, 2002-2016-cı illərdə millinin şərəfini qoruyan Petr Çex yığmada 124 oyun keçirib.


Xəbəri paylaş

4978 dəfə oxunub.

Digər xəbərlər
11-04-2017, 13:19 Kəbə mövludlu İnsan

bütün xəbərlər
____ Instagram ___