Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda polisin ölümü ilə bağlı yeni faktlar: "PORSCHE"Nİ SÜRƏN KİMDİR? - ADLAR AÇIQLANDI - YENİLƏNİB - VİDEO - FOTO
Tarix: 30-05-2017 | Saat: 14:08
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 

Bu gün Bakıda polis avtomobilinin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Xəbəraz.az lent.az-a istinadən xəbər verir ki, qəza polis serjantı, 24 avqust 1992-ci ildə anadan olmuş Zeynallı Emin Adil oğlunun idarə etdiyi 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobilin "SOCAR" yanacaqdoldurma məntəqəsinə dönməsi zamanı baş verib.
 
Məlum olub ki, Səbail Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan "Fiat Doblo"ya arxadan yüksək sürətlə çırpılan 10 VV 155 dövlət qeydiyyat nişanlı "Porsche Cayenne"i Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib. 
Bu arada məlum olub ki, qəzada ölən Emin Zeynallı 1 il imiş ki, polis sıralarında xidmətə başlayıbmış. 
----------
 12:56
Bakıda dəhşətli qəzada ölən polisin adı məlum olub.
Xəbəraz.az lent.az-a istinadən xəbər verir ki, "Porsche Cayenne" markalı, 10 VV 155 dövlət qeydiyyat nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus "Fiat Doblo"da ölən polis əməkdaşı 25 yaşlı Zeynallı Emil Adil oğlu olub.
Bildirilir ki, E.Zeynallı polis avtomobilini idarə edərkən "Porsche" yüksək sürətlə arxadan çırpılıb. Zərbənin gücündən o, maşının şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib.
 
Qəzadan sonra "Porsche"ni idarə edən şəxs xəstəxanaya aparılıb.
----------
11:30
Bakıda polis avtomobili minik maşını ilə toqquşub.
Xəbəraz.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo" markalı avtomobil "Porsche" markalı maşınla toqquşub.
 
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, qəzanın görüntülərini Orxan Məmmədli adlı Facebook istifadəçisi öz səhifəsində paylaşıb.


Xəbəri paylaş

1 1228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___