Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Damla: “O qadınların yerinə utanıram”
Tarix: 26-05-2017 | Saat: 15:43
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


“Həmişə deyirlər ki, qadın dözməlidir, güzəştə getməlidir. Hər zaman qadınlar əlindən gələni edirlər. Lakin qadının da səbrinin daşan vaxtı olur. Qarşı tərəf qadının fədakarlığına kobud cavab verəndə içindəki səbr daşır”.
 
Bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan “Xanımlar və cənablar” verilişində müğənni Damla deyib. Ailədə güzəştə getməkdən danışan Damla qadınların daha çox fədakar olduğunu bildirib: “Biz nə vaxta qədər futbola baxmalıyıq? Evdə biz yalnız futbola baxmalıyıq, başqa heç nəyə? Uşaqlıqdan atam, sonra qardaşım bütün günü futbola baxırdı, indi də oğlum futbolçudur. 10 yaşı var. Hər otaqda bir top var, bütün ev futbol aksessuarlarıdır.  Oğlumdur deyə güclə səbr edib dözürəm. Evində əri səhərə qədər futbola baxanlara yazığım gəlir. Kimsə bütün günü futbola baxsa, mən ona reaksiya bildirərəm”.  
 
Müğənni qadınların əsəbləşməyində də kişiləri günahlandırır. Damla deyir ki, kişilərin əksəriyyəti evinə, ailəsinə biganədir: “Biz xanımlar nahaq yerə aşıb-daşmırıq, nahaq yerə əsəbləşmirik. Hansısa bir xanımın günü evdə xoş keçirsə, bütün günü yağ-bal yeyirsə, niyə əsəbləşsin? Kişinin günü küçədə, dostları ilə çayxanada keçirsə, əlbəttə, qadın əsəbləşəcək. Axı sənin ailən var. Nə qədər dost, çayxana olar?!”
 
Lakin Damla bəzi məqamlarda qadınlara haqq qazandırmır. O, pula düşkün qadınların olduğunu da etiraf edir. Deyir ki, bir çox xanımlar xoşbəxtliyini pula qurban verir: “Qadın var ki, pulu sevir, baxmır kişi yaraşıqlıdır, ali savadlıdır, ya yox. Təki kişinin pulu olsun, onun da günü gözəllik salonlarında, alış-verişdə, istirahətdə keçsin. Qadın da var, onun üçün kişinin xarici görünüşü önəmlidir. Deyir, kasıb olsun, amma yaraşıqlı, gözəl olsun. Yolla gedəndə hamı baxıb desin ki, bunun həyat yoldaşı nə yaraşıqlıdır. El şənliklərində çox oluruq. Baxırsan ki, gözəl, ali savadlı gəlindir. Amma ərə getdiyi oğlanın ali təhsili yoxdur, atasının hesabına yaşayan biridir. Nədi-nədi toyu təmtəraqlı keçsin, tanınmış müğənnilər oxusun, həyatı gözəl keçsin deyə onunla ailə qurub”.
 
Müğənninin fikrincə, söz-söhbətdən uzaq olmağın yeganə yolu anlayışlı olmaqdır: “Yeganə millətik ki, başqaları üçün yaşayırıq. Desinlər, bax, kimə ərə getdi, bahalı qızıl gətirdilər. Mən şəxsən başqaları üçün yaşamıram. Bahalı gəlinlik geyinməyim, amma hüzurum olsun. Münasibətdə sayğı varsa, qadın və kişi bir-birinin səhvini udacaqlar. Çünki insan sevdiyinə qıymaz. Çox vaxt fikir verirəm, kişilər həyat yoldaşı ilə elə rəftar edir ki, həmin qadınların yerinə utanıram. Deyirəm, görəsən, bu xanım niyə dözür? Əri onu itələyir, kobud rəftar edir. Amma baxırsan ki, xanım gözəl geyinib, üst-başı qır-qızılla doludur. Demək, pula görə onunla həyat sürür”.
 
 
“Xanımlar və cənablar” proqramın digər qonaqları olan xalq artisti Cəfər Namiq Kamal, müğənni Nicat Rəhimov və psixoloq Vəfa Əkbər də ailə münasibətlərindən bəhs ediblər.  
 
Qeyd edək ki, Space telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan “Xanımlar və cənablar” proqramı həftə içi beş gün saat 17:30-dan etibarən iki saat müddətində yayımlanır. Proqramın informasiya dəstəyi Lent.az və Ailem.az saytlarına məxsusdur.



Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___